Nokia 1600

Page 53
background image
53
Təhlükəsizliklə bağlı əlavə məlumat
Yalnız professional personal cihaza texniki xidmət 
göstərə bilər və cihazı avtomobildə quraşdıra bilər. 
Qüsurlu quraşdırılma və ya xidmət təhlükəli ola bilər və 
bu cihaza tətbiq ediləcək hər hansı zəmanətin qüvvədən 
düşməsinə səbəb ola bilər. Avtomobilinizdə bütün simsiz 
cihaz avadanlığının düzgün quraşdırıldığını və işlədiyini 
mütəmadi olaraq yoxlayın. Tez alışan mayeləri, qazları 
və partlayıcı maddələri cihazın, onun hissələrinin və 
aksesuarlarının daşındığı bölmədə saxlamayın və 
daşımayın. Hava balışı ilə təchiz edilmiş avtomobillərlərlə 
bağlı unutmayın ki, hava kisələri böyük güclə şişirdilir. 
Hava balışının olduğu və ya açılacağı ərazıdə əşyaları, 
o cümlədən quraşdırılmış və ya daşınan avadanlığı 
yerləşdirməyin. Avtomobilin daxilindəsimsiz avadanlığın 
düzgün quraşdırılmaması və hava kisəsinin şişməsi ciddi 
xəsarətlə nəticələnə bilər.
Təyyarədə uçuş zamanı cihazın istifadəsi qadağan edilir. 
Təyyarəyə minməmişdən əvvəl cihazı söndürün. Simsiz 
telecihazların istifadəsi təyyarənin idarə edilməsi üçün 
təhlükəli ola bilər, simsiz telefon şəbəkəsini qıra bilər və 
qeyri-qanuni ola bilər.