Nokia X1-00

Page 33
background image
3. Əsas ekranı görünənə kimi davamlı
olaraq bitirmə düyməsini basın.
4. Olduğunuz yerin rəsmi təcili yardım
nömrələrini daxil edin. Təcili yardım nömrələri
ərazidən asılı olaraq fərqlənir.
5. Zəng düyməsini basın.
6. Tələb olunan məlumatı mümkün qədər
dəqiq verin. İcazə verilənədək zəngi
bitirməyin.
Mühüm: Cihazınız internet zənglərini
dəstəkləyirsə, həm mobil zəngləri, həm də
internet zənglərini aktivləşdirin. Cihaz həm
mobil şəbəkə, həm də internet zəng xidməti
provayderiniz ilə təcili zəng etməyə çalışa
bilər. Hər şəraitdə bağlantıya təminat verilmir.
Təcili tibbi yardım kimi əhəmiyyətli əlaqələr
üçün heç vaxt yalnız simsiz cihaza etibar
etməyin.
Kiçik uşaqlar
Sizin cihazınız və onun aksesuarları oyuncaq
deyil. Onlar kiçik hissələrdən ibarət ola bilər.
Onları kiçik uşaqların əli çatmadığı yerdə
saxlayın.
Tibbi cihazlar
Simsiz telefonlar da daxil olmaqla radio
ötürücü avadanlığın işlədilməsi qeyri-müvafiq
mühafizə edilən tibb cihazlarının
funksionalığına təsir edə bilər. Tibb
cihazlarının xarici radio tezlik enerjisindən
müvafiq şəkildə mühafizə edildiyini
müəyyənləşdirmək üçün həkimlə və ya tibb
cihazının istehsalçısı ilə məsləhətləşin.
İmplantasiya edilmiş tibbi cihazlar
Tibbi cihazların istehsalçıları məsləhət görür
ki, tibbi cihazla ehtimal müdaxiləni aradan
qaldırmaq üçün nəbzölçən və ya implantasiya
edilmiş kardiyo defibrilyasiya cihazı ilə simsiz
cihaz arasında minimum 15.3 sm (6 düym)
məsafə olmalıdır. Belə cihazları olan şəxslər
bunları etməlidirlər:
Həmişə simsiz cihazları tibbi cihazdan
15.3 santimetrdən (6 düym) çox məsafədə
saxlayın.
Cihaz döş cibində daşımamalıdır.
Simsiz cihazı tibbi cihazdan əks tərəfdə
qulağa taxın.
Müdaxilə olduğuna dair hər hansı şübhə
yaranarsa, simsiz cihazı söndürün.
İmplantasiya edilmiş tibbi cihazlar üçün
istehsalçının təlimatlarına əməl edin.
Simsiz cihazınızı implantasiya edilən tibbi
cihazla necə istifadə etməyə dair suallarınız
varsa, həkiminizə müraciət edin.
Eşitmə
Xəbərdarlıq: Qulaqlıqların istifadə
edilməsi sizin xarici səsləri eşitmək
imkanınıza təsir edə bilər. Sizin
təhlükəsizliyiniz üçün təhlükəli olan yerlərdə
qulaqlıqları istifadə etməyin.
Bəzi simsiz cihazlar bəzi eşitmə cihazlarının
fəaliyyətinə təsir edə bilər.
İş mühiti
Bu cihaz radio tezliyinə məruz qalma ilə bağlı
təlimatlara qulaqda normal istifadə vəziyyəti
zamanı və ya ən azı 1,5 santimetrdən (5/8
Cyan
Cyan
Magenta
Magenta
Yellow
Yellow
Black
Black