Nokia 5030

Page 4
background image
Cihazın işə salınması
SIM kartın və batareyanın daxiledilməsi
Bu cihaz BL-5C batareyası ilə istifadə üçün nəzərdə tutulub.
Təhlükəsiz çıxarılma. Batareyanı çıxarmazdan əvvəl həmişə cihazı söndürün və enerjı
qurğusundan ayırın.
1 Arxa qapağı açmaq üçün buraxılış düyməsini (1) basın və qapağı qaldırın (2). Arxa
qapağı kənarlaşdırmaq üçün onu yuxarı sürüşdürün (3).
2 Batareyanı qaldırın və çıxarın (4).
3 SIM kartı daxil edin (5). SIM kartın kəsik küncü yuxarı sağ tərəfə və qızılı rəngli
kontakt sahəsi cihazın aşağı hissəsinə tərəf olduğunu təmin edin.
4 Batareya və arxa qapağı yerinə yerləşdirin (6, 7, 8).
SIM kartın çıxardılması
Buraxılış yayını basın (1) və SIM kartı itələyərək çıxardın (2).
Batareyanın yüklənilməsi
Batareyanız istehsalçı tərəfindən artıq müəyyən qədər yüklənilib. Cihaz aşağı yükləmə
dərəcəsini göstərirsə, aşağıdakını edin:
1 Adapteri divar rozetkasına qoşun.
2 Adapteri cihaza qoşun.
3 Cihaz tam yükləməni göstərdikdə adapteri cihazdan, sonra isə divar rozetkasından
ayırın.
4
Cihazın işə salınması