Nokia 5030

Page 7
background image
Zəng et və zəngə cavab ver
Zəng etmək
Ölkə və ərazi kodları lazım olduğu halda ilə birgə telefon nömrəni daxil edin və zəng
düyməsini basın.
Zəngə cavab vermək
Zəng düyməsini basın.
Zəngi bitirmək yaxud onu imtina etmək
Tamamlama düyməsini basın.
Dinamikdən yaxud qulaqlıqdan istifadə
Zəng zamanı 
Səsucal.
 yaxud 
Telefon
 seçin.
Səsi tənzimləmək
Zəng zamanı dinamik yaxud qulaqlığın səsini tənzimləmək üçün sola yaxud sağa
diyirləyin.
Xəbərdarlıq:
Davamlı yüksək səs dərəcəsində qulaq asmaq sizin eşitmə qabiliyyətinizə mənfi təsir
edə bilər. Orta səs dərəcəsində olan müsiqiyə qulaq asın və dinamikdən istifadə
olunarkən cihazı qulağınıza yaxın tutmayın.
Mətn yazılması
Ənənəvi mətn daxiledilməsindən istifadə 
İstədiyiniz hərfin peyda olunmasına qədər düyməni təkrar olaraq basın.
Proqnoz mətn daxiledilməsini aktiv etmək 
Seçimlər
 > 
Lüğət
 və istədiyiniz dili seçin.
Proqnoz mətn daxiledilməsini ləğv etmək
Seçimlər
 > 
Lüğət
 > 
Lüğət söndürülüb
 seçin.
Sadələşdirilmiş mətn yığılmasından istifadə edərkən bir hərf üçün hər düyməni bir dəfə
sıxın. Əgər ekranda çıxan söz istədiyiniz sözdürsə,0, sıxaraq növbəti sözü yazmağa
başlayın. Əgər sözdən sonra ? simvolu peyda olursa, deməli axtardığınız söz lüğətdə
yoxdur.
Sözü dəyişmək
İstədiyiniz sözün peyda olunmasına qədər * düyməsini təkrar olaraq basın.
Sizin telefon
7