Nokia Asha 202

Page 45
background image
Bu sadə göstərişləri oxuyun. Bu göstərişlərə
əməl olunmaması təhlükəli və ya qeyri-qanuni
ola bilər. Daha ətraflı məlumat üçün
istifadəçinin təlimatının tam mətnini oxuyun.
QADAĞAN EDİLƏN YERLƏRDƏ
SÖNDÜRÜN
Simsiz telefonların istifadəsinə icazə
verilmədiyi hallarda və ya bunun nəticəsində
maneə və ya təhlükə törədilə bilərsə,
məsələn, təyyarədə, xəstəxanada və ya tibbi
cihazların, yanacağın, kimyəvi maddələrin və
ya partlayıcıların yaxınlığında telefonu
söndürün. Məhdud ərazilərə dair bütün
təlimatlara əməl edin.
YOL TƏHLÜKƏSİZLİYİ BİRİNCİ
GƏLİR
Bütün yerli qanunlara riayət edin.
Avtomobili idarə edərkən əllərinizi idarə üçün
boş saxlayın. Avtomobili idarə edərkən siz ilk
növbədə yol təhlükəsizliyi qaydalarını
düşünməlisiniz.
MÜDAXİLƏ
Bütün simsiz telefonlar maneələrə
həssas ola bilər və bu onların iş
keyfiyyətlərinə təsir göstərə bilər.
KEYFİYYƏTLİ XİDMƏT
Yalnız müvafiq ixtisasa malik olan
işçilər bu məhsulu quraşdıra və ya
təmir edə bilər.
BATAREYALAR, ADAPTERLƏR
VƏ DiGƏR AKSESSUARLAR
Bu cihaz üçün yalnız Nokia
tərəfindən təsdiq edilmiş
batareyalar, adapterlər və digər
aksessuarlardan istifadə edin. Uyğun
olmayan məhsulları qoşmayın.
CİHAZINIZI QURU SAXLAYIN
Sizin telefon suya davamlı deyil. Onu
quru vəziyyətdə saxlayın.
ŞÜŞƏ HİSSƏLƏR
Cihazın ekranı şüşədən hazırlanıb.
Əgər cihaz sərt səthin üzərinə
düşərsə və ya güclü təsirə məruz qalarsa bu
şüşə sına bilər. Əgər şüşə sınarsa, şüşə
hissələrinə toxunmayın və ya sınmış şüşəni
cihazdan təmizləməyə cəhd etməyin. Şüşə
ixtisaslı xidmət heyəti tərəfindən dəyişdirilənə
qədər cihazdan istifadə etməyin.
EŞiTMƏ QABiLiYYƏTiNiZi
QORUYUN
Qulaqlığa orta səs səviyyəsində
qulaq asın və dinamikdən istifadə olunarkən
cihazı qulağınıza yaxın tutmayın.
Məhsul və təhlükəsizlik üzrə məlumat
Funksiyaya aid təlimatlar
 1 Antenna istifadədə olduğu zaman ona
toxunmaqdan çəkinin. Antenaya toxunma
rabitə keyfiyyətinə təsir edir və əməliyyat
zamanı cihazın daha çox enerjidən istifadəsi
batareyanın ömrünü azalda bilər.
 2 Yalnız Nokia tərəfindən təsdiqlənmiş bu
cihaz üçün uyğun olan yaddaş kartlarından
istifadə edin. Uyğun olmayan yaddaş kartının
istifadəsi yaddaş kartını, habelə cihazı
Ümumi məlumat
Cyan
Cyan
Magenta
Magenta
Yellow
Yellow
Black
Black