Nokia Asha 202

Page 53
background image
şəxsi və ya qeyri-kommersiya fəaliyyəti ilə
məşğul olan istehlakçının şəxsi və ya qeyri-
ticari xarakterli istifadəsi və (ii) lisenziyalı
video provayderi tərəfindən təqdim edilmiş
MPEG-4 videodan istifadə üçün lisenziya
verilib. Başqa heç bir istifadə üçün lisenziya
verilmir və ya tətbiq edilmir. Təbliğat, daxili və
kommersiya məqsədli istifadə ilə bağlı ətraflı
məlumat MPEG LA, LLC-dən əldə edilə bilər.
http://www.mpegla.com saytına baxın.
Müvafiq qanunvericilikdə icazə verilən
maksimum dərəcədə Nokia, ya da ona
lisenziya verən hər-hansı məlumatın və ya
gəlirin itməsi və ya hər-hansı xüsusi, təsadüfi,
əhəmiyyətli, və ya dolayı yolla vurulan
ziyanlara görə heç bir məsuliyyət daşımır.
Bu sənədin mətni "olduğu kimi" təqdim edilir.
Müvafiq qanunvericiliyin tələbləri istisna
olmaqla, bu sənədin dəqiqliyi, etibarlılığı və ya
mətninə dair heç bir birbaşa və ya dolayı
zəmanət, o cümlədən (lakin bununla
məhdudlaşdırılmadan) əmtəə vəziyyəti və
xüsusi məqsədlər üçün yararlığına dair dolayı
zəmanət verilmir. Nokia istənilən vaxt
əvvəlcədən xəbərdarlıq etmədən bu sənədi
dəyişdirmək və ya istifadədən çıxartmaq
hüququna malikdir.
Cihazdakı hər hansı proqramın yenidən
yaradılması müvafiq qanun çərçivəsində
qadağandır. Bu istifadəçi təlimatlarında Nokia
təqdimatları, zəmanətləri, zərərlər və
məsuliyyətlərə dair məhdudiyyətlər olduğu
üçün bu məhdudiyyətlər həm də Nokia
lisenziyaçılarının təqdimatları, zəmanətləri,
zərərlər və məsuliyyətlərinə məhdudiyyət
qoymalıdır.
Bəzi məhsulların, funksiyaların, proqramların
və xidmətlərin işləməsi regionlara görə dəyişə
bilər. Ətraflı məlumat almaq üçün Nokia dileri
və ya xidmət provayderiniz ilə əlaqə saxlayın.
Bu cihazda ABŞ və digər ölkələrin ixracat
qanun və qaydalarına tabe olan əşya, hər-
hansı bir texnologiya, və ya proqram ola bilər.
Qanunvericiliyə zidd olan yayınmalar
qadağan edilir.
Nokia cihazınızla birlikdə təqdim olunmuş
üçüncü tərəf proqramların işləməsi,
məzmunu və ya son istehlakçı dəstəyi ilə
bağlı heç bir zəmanət vermir və ya məsuliyyət
daşımır. Proqramdan istifadə etməklə, siz
proqramın olduğu kimi təqdim edildiyini qəbul
edirsiniz. Nokia cihazınızla birlikdə təqdim
olunmuş üçüncü tərəf proqramların işləməsi,
məzmunu və ya son istehlakçı dəstəyi ilə
bağlı heç nə təqdim etmir, heç bir zəmanət
vermir və ya məsuliyyət daşımır.
Bəzi əməliyyatlar və funksiyalar SIM kart
və/və ya şəbəkədən, MMS-dən asılıdır və ya
cihazın uyğunluğundan və dəstəklənən tərkib
formatlarından asılıdır. Bəzi xidmətlər üçün
ayrıca qiymət tətbiq edilir.
Cyan
Cyan
Magenta
Magenta
Yellow
Yellow
Black
Black