Nokia X1-01

Page 32
background image
dəstəyi tələb edir və abunə olmağınız lazım
ola bilər.
Cihazınızı qoruyun
Cihazınızla, adapter və aksesuarlarla
ehtiyatla davranın. Aşağıda göstərilən təkliflər
zəmanətin əhatə etdiyi sahələrin
qorunmasına yardım edəcək.
Cihazı quru saxlayın. Çöküntü, nəmlik və
bütün növ maye və rütubətin tərkibində
eletron sxemlərin korroziyasına səbəb olan
minerallar ola bilər. Cihazınız yaş olduqda
batareyanı çıxarın və cihazın tam qurumasını
təmin edin.
Cihazı tozlu və ya çirkli yerlərdə istifadə
etməyin və ya saxlamayın. Ayrıla bilən
hissələr və elektron komponentlər zədələnə
bilər.
Cihazı yüksək temperaturda saxlamayın.
Yüksək temperatur cihazın istehlak müddətini
qısalda, batareyanı zədələyə və plastik
hissələri əyə və ya əridə bilər.
Cihazı soyuq temperaturda saxlamayın.
Cihaz isinərək normal temperatura qayıtdıqda
cihazın içində nəmlik yarana bilər və bunun
nəticəsində elektron sxemlər zədələnə bilər.
Cihazı yalnız bu istifadəçi təlimatında
göstərilmiş qaydada açın.
İcazəsiz modifikasiyalar cihazı zədələyə
bilər və radio cihazlarının istifadəsini
tənzimləyən qaydaların pozulmasına səbəb
ola bilər.
Cihazı yerə salmayın, taqqıldatmayın və
ya silkələməyin. Kobud rəftar daxili sxem
platasını və mexanika elementlərini qıra bilər.
Cihazın səthini təmizləmək üçün yalnız
yumşaq, təmiz, quru parçadan istifadə edin.
Cihazı rəngləməyin. Rəng hərəkət edən
hissələri tıxaya və müvafiq əməliyyatlara
mane ola bilər.
Optimal fəaliyyət üçün cihazı vaxtaşırı
söndürün və batareyanı çıxarın.
Cihazınızı maqnit və ya maqnit
sahələrindən uzaq saxlayın.
Vacib məlumatlarınızın təhlükəsizliyi
üçün onları ən azı iki ayrı yerdə saxlayın,
məsələn, cihazınızda, yaddaş kartında və ya
kompüterdə və ya vacib məlumatı yazın.
Təkrar emal
İstifadə edilmiş elektron məhsulları,
batareyaları və qablaşdırma materiallarını
həmişə təyin edilən toplama nöqtəsinə
qaytarın. Bu yolla siz tullantıların nəzarətsiz
atılmasının qarşısını almağa və materialların
təkrar emal etməsinə kömək edirsiniz.
X işarəli çarxlı qutu işarəsi
Məhsulunuzun, batareyanın üzərindəki X
işarəli çarxlı qutu işarəsi, mətn və ya
qablaşdırma sizə xatırladır ki, bütün elektrik
və elektronik məhsullar, batareyalar və
akumulyatorlar istifadə müddətləri bitdikdə
ayrı yerlərə atılmalıdır. Bu tələb Avropa
İttifaqında tətbiq olunur. Bu məhsulları
çeşidləndirilməmiş bələdiyyə tullantılarının
arasına yerləşdirməyin. Ətraf mühitlə bağlı
daha ətraflı məlumat üçün məhsulun Eko
proflinəwww.nokia.com/ecoprofile
ünvanından baxın.
Cyan
Cyan
Magenta
Magenta
Yellow
Yellow
Black
Black