Nokia X1-01

Page 33
background image
Batareyalar və adapterlər
Batareya və adapter barədə məlumat
Cihazınızın BL-5J təkrar doldurulan batareya
ilə istifadə olunması nəzərdə tutulub. Nokia
bu cihaza uyğun əlavə batareya modelləri
düzəldə bilər. Həmişə orijinal Nokia
batareyalarından istifadə edin.
Bu cihaz üçün aşağıdakı adapterlər nəzərdə
tutulmuşdur: AC-3. Nokia adapterinin
modelinin dəqiq nömrəsi E, X, AR, U, A, C, K
və ya B ilə təyin olunan ştepselin növündən
asılı olaraq müxtəlif ola bilər.
Batareya yüzlərlə dəfə doldurula və boşaldıla
bilər lakin vaxt keçdikcə batareya köhnəlir.
Danışmaq və gözləmə rejimlərinin vaxtı
normal vaxtdan qısadırsa batareyanı dəyişin.
Batareya təhlükəsizliyi
Batareyanı çıxarmazdan əvvəl həmişə cihazı
söndürün və enerjı qurğusundan ayırın.
Adapteri və ya aksessuarı ayırarkən, şnurdan
deyil, ştepseldən tutub çəkin.
Adapteriniz istifadə edilmədikdə, onu elektrik
rozetkasından və cihazdan ayırın.
Batareyanın normadan artıq doldurulması
onun istehlak müddətini qısaltdığından, tam
doldurulmuş batareyanı adapterə qoşulu
saxlamayın. İstifadə edilmədikdə tam
doldurulmuş batareya enerjisini vaxt keçdikcə
itirir.
Həmişə batareyanı 15°C və 25°C (59°F və
77°F) dərəcə arasında saxlayın. Kəskin
temperaturlar batareyanın fəaliyyətini və
ömrünü azaldır. Batareyası isti və ya soyuq
olan cihaz qaydasında işləməyə bilər.
Təsadüfi qısa qapanma dəmir metal əşyalar
birbaşa batareyanın metal zolaqlarına
toxunduqda, məsələn, tək batareyanı
cibinizdə gəzdirdiyinizdə baş verə bilər. Qısa
qapanma batareyaya və ya əlaqədə olan
əşyaya zərər verə bilər.
Partlamağa səbəb ola biləcəyi üçün
batareyaları oda atmayın. Batareyaları yerli
qaydalara müvafiq olaraq məhv edin.
Mümkün olduqda batareyanı təkrar emal
etdirin. Ev tullantısı kimi atmayın.
Batareyaları sökməyin, kəsməyin, açmayın,
vurmayın, əyməyin və ya deşməyin. Batareya
sızması olarsa, batareya mayesinin dəriyə və
ya gözlərə təmas etməsindən çəkinin. Əgər
bu baş verərsə, zərər görmüş nahiyələri
dərhal su ilə yuyun və ya tibbi yardım üçün
müraciət edin.
Batareyaya kənar əşyaları daxil etməyin,
batareyanı təmir etməyin, suya və ya digər
mayelərə salmayın. Batareyalar zədələnərsə,
partlayışa səbəb ola bilər.
Batareyanı və adapteri yalnız müvafiq
məqsəd üçün istifadə edin. Yalnış istifadə və
ya təsdiq edilməyən batareya və ya uyğun
olmayan adapterin istifadəsi yanğın, partlayış
və ya digər təhlükələr yarada bilər və hər
hansı təsdiqi və ya zəmanəti etibarsız edə
bilər. Əgər cihaz və ya batareyanın
zədələndiyindən əmin olsanız, istifadə
etməzdən əvvəl onu xidmət mərkəzinə
Cyan
Cyan
Magenta
Magenta
Yellow
Yellow
Black
Black