Nokia 101

Page 31
background image
zaman buna zərurət olmadan antennaya
toxunmayın.. Antenaya toxunma rabitə
keyfiyyətinə təsir edir və əməliyyat zamanı
cihazın daha çox enerjidən istifadəsinə səbəb
ola bilər, bu isə batareyanın ömrünü azalda
bilər.
i) Bir mesajın simvol həddindən daha uzun
mətn mesajları göndərə bilərsiniz. Uzun
mesajlar iki və daha çox mesaj kimi göndərilir.
Sizin xidmət provayderiniz sizdən müvafiq
ödəniş tələb edə bilər.
Vurğu və digər işarələri istifadə edən
simvollar və ya bəzi dil seçimləri daha çox yer
tutur və bir mesaj çərçivəsində göndərilən
simvolların sayını məhdudlaşdırır.
ii) Radioya qulaq asmaq üçün cihaza uyğun
qulaqlıq qoşulmalıdır. Qulaqlıq antena kimi
işləyir.
iii) Fənər işığını heç kimin gözünə tuşlamayın.
iv) Bir neçə dildə mesaj göndərmək və qəbul
etmək şəbəkə xidmətidir. Mövcudluq barədə
xidmət təminatçınıza müraciət edin. Yalnız
seçilmiş dili dəstəkləyən cihazlara mesajlar
göndərin.
v) Cihaz istifadə olunmaqda SİM kartların hər
ikisinin də istifadəsi mümkündür, lakin SİM
kartlardan biri, məsələn, zəng etmə,
mesajların göndərilmə və ya alınması yaxud
məkumatın kğçürülməsi ilə məşğul olanda
başqası işləmir.
vi) Yalnız Nokia tərəfindən təsdiqlənmiş bu
cihaz üçün uyğun olan yaddaş kartlarından
istifadə edin. Uyğun olmayan yaddaş kartının
istifadəsi yaddaş kartını, habelə cihazı
zədələyə bilər, həmçinin kartda saxlanılan
məlumat pozula bilər.
Cihazınız 16 GB qədər yaddaş həcmi ilə
microSD kartlarını dəstəkləyir.
Mühüm: Proqram yaddaş kartından
istifadə edərkən onu çıxarmayın. Bunun
edilməsi yaddaş kartını və cihazı zədələyə
bilər, həmçinin kartda saxlanılan məlumat
pozula bilər.
Şəbəkə xidmətləri və qiymətlər
Cihazınızın EGSM 900 və 1800 MHz
şəbəkələr istifadəsi təsdiq edilmişdir.
Cihazdan istifadə üçün xidmət provayderinə
abunə olmalısınız.
Şəbəkə xidmətlərindən istifadə və cihazınıza
məzmun yüklənməsi şəbəkə bağlantısı tələb
edir və məlumat trafiki qiymətlərinə təsir edə
bilər. Məhsulun bəzi funksiyaları şəbəkə
dəstəyi tələb edir və abunə olmağınız lazım
ola bilər.
Cihazınızı qoruyun
Cihazınızla, adapter və aksesuarlarla
ehtiyatla davranın. Aşağıda göstərilən təkliflər
Cyan
Cyan
Magenta
Magenta
Yellow
Yellow
Black
Black