Nokia 101

Page 32
background image
zəmanətin əhatə etdiyi sahələrin
qorunmasına yardım edəcək.
Cihazı quru saxlayın. Çöküntü, nəmlik və
bütün növ maye və rütubətin tərkibində
eletron sxemlərin korroziyasına səbəb olan
minerallar ola bilər. Cihazınız yaş olduqda
batareyanı çıxarın və cihazın tam qurumasını
təmin edin.
Cihazı soyuq temperaturda saxlamayın.
Cihazı yalnız bu istifadəçi təlimatında
göstərilmiş qaydada açın.
İcazəsiz modifikasiyalar cihazı zədələyə
bilər və radio cihazlarının istifadəsini
tənzimləyən qaydaların pozulmasına səbəb
ola bilər.
Cihazı yerə salmayın, taqqıldatmayın və
ya silkələməyin.
Cihazın səthini təmizləmək üçün yalnız
yumşaq, təmiz, quru parçadan istifadə edin.
Optimal fəaliyyət üçün cihazı vaxtaşırı
söndürün və batareyanı çıxarın.
Cihazınızı maqnit və ya maqnit
sahələrindən uzaq saxlayın.
Vacib məlumatlarınızın təhlükəsizliyi
üçün onları ən azı iki ayrı yerdə saxlayın,
məsələn, cihazınızda, yaddaş kartında və ya
kompüterdə və ya vacib məlumatı yazın.
Təkrar emal
İstifadə edilmiş elektron məhsulları,
batareyaları və qablaşdırma materiallarını
həmişə təyin edilən toplama nöqtəsinə
qaytarın. Bu yolla siz tullantıların nəzarətsiz
atılmasının qarşısını almağa və materialların
təkrar emal etməsinə kömək edirsiniz. Nokia
məhsulunuzu necə təkrar emal etdirəcəyiniz
barədə məlumatı www.nokia.com/recycling
ünvanlarından əldə edə bilərsiniz.
X işarəli çarxlı qutu işarəsi
Məhsulunuzun, batareyanın üzərindəki X
işarəli çarxlı qutu işarəsi, mətn və ya
qablaşdırma sizə xatırladır ki, bütün elektrik
və elektronik məhsullar, batareyalar və
akumulyatorlar istifadə müddətləri bitdikdə
ayrı yerlərə atılmalıdır. Bu tələb Avropa
İttifaqında tətbiq olunur. Bu məhsulları
çeşidləndirilməmiş bələdiyyə tullantılarının
arasına yerləşdirməyin. Ətraf mühitlə bağlı
daha ətraflı məlumat üçün məhsulun Eko
proflinə www.nokia.com/ecoprofile
ünvanından baxın.
Batareyalar və adapterlər
Batareya və adapter barədə məlumat
Cihazınızın BL-5CBtəkrar doldurulan
batareya ilə istifadə olunması nəzərdə
tutulub. Nokia bu cihaza uyğun əlavə
batareya modelləri düzəldə bilər. Həmişə
orijinal Nokia batareyalarından istifadə edin.
Bu cihaz üçün aşağıdakı adapterlər nəzərdə
tutulmuşdur: AC-3. Nokia adapterinin
modelinin dəqiq nömrəsi E, X, AR, U, A, C, K
və ya B ilə təyin olunan ştepselin növündən
asılı olaraq müxtəlif ola bilər.
Batareya yüzlərlə dəfə doldurula və boşaldıla
bilər lakin vaxt keçdikcə batareya köhnəlir.
Danışmaq və gözləmə rejimlərinin vaxtı
normal vaxtdan qısadırsa batareyanı dəyişin.
Cyan
Cyan
Magenta
Magenta
Yellow
Yellow
Black
Black