Nokia 101

Page 33
background image
Batareya təhlükəsizliyi
Batareyanı çıxarmazdan əvvəl həmişə cihazı
söndürün və enerjı qurğusundan ayırın.
Adapteri və ya aksessuarı ayırarkən, şnurdan
deyil, ştepseldən tutub çəkin.
Adapteriniz istifadə edilmədikdə, onu elektrik
rozetkasından və cihazdan ayırın.
Batareyanın normadan artıq doldurulması
onun istehlak müddətini qısaltdığından, tam
doldurulmuş batareyanı adapterə qoşulu
saxlamayın. İstifadə edilmədikdə tam
doldurulmuş batareya enerjisini vaxt keçdikcə
itirir.
Həmişə batareyanı 15°C və 25°C (59°F və
77°F) dərəcə arasında saxlayın. Kəskin
temperaturlar batareyanın fəaliyyətini və
ömrünü azaldır. Batareyası isti və ya soyuq
olan cihaz qaydasında işləməyə bilər.
Təsadüfi qısa qapanma dəmir metal əşyalar
birbaşa batareyanın metal zolaqlarına
toxunduqda, məsələn, tək batareyanı
cibinizdə gəzdirdiyinizdə baş verə bilər. Qısa
qapanma batareyaya və ya əlaqədə olan
əşyaya zərər verə bilər.
Partlamağa səbəb ola biləcəyi üçün
batareyaları oda atmayın. Batareyaları yerli
qaydalara müvafiq olaraq məhv edin.
Mümkün olduqda batareyanı təkrar emal
etdirin. Ev tullantısı kimi atmayın.
Batareyaları sökməyin, kəsməyin, açmayın,
vurmayın, əyməyin və ya deşməyin. Batareya
sızması olarsa, batareya mayesinin dəriyə və
ya gözlərə təmas etməsindən çəkinin. Əgər
bu baş verərsə, zərər görmüş nahiyələri
dərhal su ilə yuyun və ya tibbi yardım üçün
müraciət edin.
Batareyaya kənar əşyaları daxil etməyin,
batareyanı təmir etməyin, suya və ya digər
mayelərə salmayın. Batareyalar zədələnərsə,
partlayışa səbəb ola bilər.
Batareyanı və adapteri yalnız müvafiq
məqsəd üçün istifadə edin. Yalnış istifadə və
ya təsdiq edilməyən batareya və ya uyğun
olmayan adapterin istifadəsi yanğın, partlayış
və ya digər təhlükələr yarada bilər və hər
hansı təsdiqi və ya zəmanəti etibarsız edə
bilər. Əgər cihaz və ya batareyanın
zədələndiyindən əmin olsanız, istifadə
etməzdən əvvəl onu xidmət mərkəzinə
apararaq yoxladın. Heç vaxt zədələnmiş
batareya və ya adapterdən istifadə etməyin.
Adapderi yalnız qapalı məkanda istifadə edin.
Əlavə təhlükəsizlik məlumatı
Təcili yardım zəngləri
Təcili yardım zənginin edilməsi
1. Cihazın işlək vəziyyətdə olmasını təmin
edin.
2. Müvafiq siqnal intensivliyini yoxlayın. Siz
həmçinin aşağıdakıları etməli ola bilərsiniz:
SIM kart daxil edin.
Cihazınız üçün aktivləşdirdiyiniz
zənglərin qadağan edilməsi, müəyyən
nömrələrin yığılması və ya bağlı istifadəçi
qrupu kimi zəng məhdudiyyətlərini ləğv edin.
Cihazınızın oflayn və ya uçuş profilində
olmadığından əmin olun.
3. Ekranı təmizləmək üçün lazım olan qədər
bitirmə düyməsini basın.
Cyan
Cyan
Magenta
Magenta
Yellow
Yellow
Black
Black