Nokia 1112

Page 41
background image
41
Batareya haqqında məlumat
batareyanı dolduran qurğuya birləşmiş saxlamayın, 
çünki normadan artıq batareyanın doldurulması onun 
istehlak müddətini azalda bilər. İstifadə edilmədikdə tam 
doldurulmuş batareya enerjisini vaxt keçdikcə itirir.
Batareya tam boşaldıqda ekranda batareyanın 
doldurulması indikatorunun görünməsi və ya zəng edilməsi 
üçün bir neçə dəqiqə tələb oluna bilər.
Batareyanı yalnız müvafiq məqsəd üçün istifadə edin. 
Heç vaxt zədələnmiş batareya və ya batareyanı dolduran 
qurğudan istifadə etməyin.
Batareyanın qısaqapanmasına yol verməyin. Təsadüfi qısa 
qapanma dəmir pul, sıxac və ya qələm kimi metal əşyalar 
birbaşa batareyanın müsbət (+) və mənfi (-) terminalları ilə 
əlaqədə olduqda baş verə bilər. (Bu batareyanın üzərində 
metal zolaqlar kimi görsənir). Bu, misal üçün, ehtiyat 
batareyasını cibinizdə və ya pul kisəsində gəzdirdikdə baş 
verə bilər. Terminalların qısaqapanması batareyaya və ya 
əlaqədə olan əşyaya zərər verə bilər.
Yayda və ya qışda bağlı avtomobil kimi isti və soyuq 
yerdə saxlanılması batareyanın keyfiyyətinə və istehlak 
müddətinə təsir edir. Həmişə batareyanı 15°C və 25°C 
(59°F and 77°F) arasında olan hərarət dərəcəsində 
saxlamağa çalışın). İsti və soyuq batareya ilə cihaz, hətta