Nokia 1112

Page 47
background image
47
Baxım və texniki qulluq
Baxım və texniki qulluq
Sizin cihaz əla dizayn və ustalıqla hazırlanmış məhsuldur 
və onu ehtiyatla istifadə etmək lazımdır. Aşağıdakı təkliflər 
sizə onun üst örtüyünün qorunmasında yardım edəcək.
Cihazı quru saxlayın. Çöküntü, rütubət və bütün növ 
mayelər və ya nəmliklərin tərkibində minerallar ola bilər. 
Bu minerallar elektron sxemləri körlaya bilər. Cihazınız 
nəm olmuşdursa, batareyanı çıxarın və onu təkrar 
yerinə qoyana qədər cihazın tam qurumasını təmin 
edin.
Cihazdan tozlu, çirkli yerlərdə istifadə etməyin. Onun 
hərəkət edən hissələri və elektron komponentləri 
zədələnə bilər.
Cihazı isti yerdə saxlamayın. Yüksək hərarət elektron 
cihazların istehlak müddətini qısalda, batareyanı 
zədələyə və müəyyən plastikləri əyə və ya əridə bilər.
Cihazı soyuq yerdə saxlamayın. Cihaz normal hərarətə 
qayıtdıqda onun içərisində rütubət əmələ gələ və 
elektron sxemləri zədələyə bilər.
Cihazı yalnız bu təlimatda göstərilən qaydada açın.