Nokia 1112

Page 52
background image
52
Təhlükəsizliklə bağlı əlavə məlumat
Avtomobillər
RF signalları avtomobillərdə düzgün quraşdırılmamış və ya 
düzgün mühafizə edilməmiş elektron yanacaq yeridilməsi 
sistemi, blokirovkaya qarşı elektron tormoz sistemləri, 
elektron surət tənzimləyən sistemlər, hava kisəsi sistemləri 
kimi elektron sistemlərə təsir edə bilər. Daha ətraflı 
məlumat üçün sizin avtomobilin və ya ona əlavə edilmiş 
avadanlığın istehsalçısı və ya onun dileri ilə əlaqə saxlayın.
Yalnız professional personal cihaza texniki xidmət 
göstərə bilər və cihazı avtomobildə quraşdıra bilər. 
Qüsurlu quraşdırılma və ya xidmət təhlükəli ola bilər və 
bu cihaza tətbiq ediləcək hər hansı zəmanətin qüvvədən 
düşməsinə səbəb ola bilər. Avtomobilinizdə bütün simsiz 
cihaz avadanlığının düzgün quraşdırıldığını və işlədiyini 
mütəmadi olaraq yoxlayın. Tez alışan mayeləri, qazları 
və partlayıcı maddələri cihazın, onun hissələrinin və 
aksesuarlarının daşındığı bölmədə saxlamayın və 
daşımayın. Hava balışı ilə təchiz edilmiş avtomobillərlərlə 
bağlı unutmayın ki, hava kisələri böyük güclə şişirdilir. 
Hava balışının olduğu və ya açılacağı ərazıdə əşyaları, 
o cümlədən quraşdırılmış və ya daşınan avadanlığı 
yerləşdirməyin. Avtomobilin daxilində simsiz avadanlığın