Nokia 1112

Page 51
background image
51
Təhlükəsizliklə bağlı əlavə məlumat
Kardiostimulyator
Kardiostimulyatorların istehsalçıları tövsiyyə edir ki, 
kardiostimulyatora potensial müdaxiləni istisna etmək üçün 
simsiz telefonla kardiostimulyator arasında ən azı 15,3 sm 
(6 düym) məsafə saxlanılmalıdır. Bu tövsiyyələr Simsiz 
Texnologiyalar Tədqiqatı təşkilatının müstəqil araşdırmaları 
və tövsiyyələri ilə uyğundur. Kardiostimulyator daşıyan 
şəxslər:
Həmişə cihazı kardiostimulyatordan 15,3 sm (6 düym) 
aralı saxlamalıdırlar
Cihazı döş cibində daşımayın 
Müdaxilə ilə bağlı potensialı minimallaşdırmaq üçün 
cihazı qulağa kardiostimulyatora əks vəziyyətdə 
tutmalıdırlar.
Müdaxiləni hiss etdikdə cihazı söndürün və özünüzdən 
aralayın.
Qulaq aparatları
Bəzi rəqəmli naqilsiz cihazlar qulaq aparatlarının işlərinə 
təsir edə bilər. Belə müdaxiləni hiss etdikdə xidmət 
provayderinizdən məsləhət alın.