Nokia 1280

Page 27
background image
Bu sadə göstərişləri oxuyun. Bu göstərişlərə
əməl olunmaması təhlükəli və ya qeyri-qanuni
ola bilər. Daha ətraflı məlumat üçün
istifadəçinin təlimatının tam mətnini oxuyun.
QADAĞAN EDİLƏN
YERLƏRDƏ SÖNDÜRÜN
Simsiz telefonların istifadəsinə
icazə verilmədiyi hallarda və ya
bunun nəticəsində maneə və
ya təhlükə törədilə bilərsə, məsələn,
təyyarədə, xəstəxanada və ya tibbi cihazların,
yanacağın, kimyəvi maddələrin və ya
partlayıcıların yaxınlığında telefonu
söndürün. Məhdud ərazilərə dair bütün
təlimatlara əməl edin.
YOL TƏHLÜKƏSİZLİYİ
BİRİNCİ GƏLİR
Bütün yerli qanunlara riayət
edin. Avtomobili idarə edərkən
əllərinizi idarə üçün boş
saxlayın. Avtomobili idarə edərkən siz ilk
növbədə yol təhlükəsizliyi qaydalarını
düşünməlisiniz.
MÜDAXİLƏ
Bütün simsiz telefonlar
maneələrə həssas ola bilər və
bu onların iş keyfiyyətlərinə
təsir göstərə bilər.
KEYFİYYƏTLİ XİDMƏT
Yalnız müvafiq ixtisasa malik
olan işçilər bu məhsulu quraşdıra
və ya təmir edə bilər.
BATAREYALAR,
ADAPTERLƏR VƏ DiGƏR
AKSESSUARLAR
Bu cihaz üçün yalnız Nokia
tərəfindən təsdiq edilmiş
batareyalar, adapterlər və digər
aksessuarlardan istifadə edin. Uyğun
olmayan məhsulları qoşmayın.
CİHAZINIZI QURU SAXLAYIN
Sizin telefon suya davamlı deyil.
Onu quru vəziyyətdə saxlayın.
EŞiTMƏ QABiLiYYƏTiNiZi
QORUYUN
Qulaqlığa orta səs səviyyəsində
qulaq asın və dinamikdən
istifadə olunarkən cihazı
qulağınıza yaxın tutmayın.
Məhsul və təhlükəsizlik üzrə məlumat
Funksiyaya aid təlimatlar
Cihazınızda daxili və xarici antenalar ola bilər.
Antenna ötürməni və ya qəbulu icra etdiyi
zaman buna zərurət olmadan antennaya
toxunmayın.. Antenaya toxunma rabitə
keyfiyyətinə təsir edir və əməliyyat zamanı
cihazın daha çox enerjidən istifadəsinə səbəb
ola bilər, bu isə batareyanın ömrünü azalda
bilər.
Bu təlimatlardakı şəkillər cihazınızın
ekranındakından fərqli ola bilər.
i)Bir mesajın simvol həddindən daha uzun
mətn mesajları göndərə bilərsiniz. Uzun
27
Ümumi məlumat