Nokia 1280

Page 29
background image
Cihazınızı maqnit və ya maqnit
sahələrindən uzaq saxlayın.
Vacib məlumatlarınızın təhlükəsizliyi
üçün onları ən azı iki ayrı yerdə saxlayın,
məsələn, cihazınızda, yaddaş kartında və ya
kompüterdə və ya vacib məlumatı yazın.
Təkrar emal
İstifadə edilmiş elektron məhsulları,
batareyaları və qablaşdırma materiallarını
həmişə təyin edilən toplama nöqtəsinə
qaytarın. Bu yolla siz tullantıların nəzarətsiz
atılmasının qarşısını almağa və materialların
təkrar emal etməsinə kömək edirsiniz.
Məhsulun ətraf mühitə təsiri haqqında və öz
Nokia məhsulunuzu necə dövr etdirəcəyiniz
saytından əldə edə bilərsiniz.
X işarəli çarxlı qutu işarəsi
Məhsulunuzun, batareyanın üzərindəki X
işarəli çarxlı qutu işarəsi, mətn və ya
qablaşdırma sizə xatırladır ki, bütün elektrik
və elektronik məhsullar, batareyalar və
akumulyatorlar istifadə müddətləri bitdikdə
ayrı yerlərə atılmalıdır. Bu tələb Avropa
İttifaqında tətbiq olunur. Bu məhsulları
çeşidləndirilməmiş bələdiyyə tullantılarının
arasına yerləşdirməyin. Cihazınızın ətraf
mühit xüsusiyyətləri ilə bağlı daha ətraflı
məlumat üçün www.nokia.com/
ecodeclaration ünvanına baxın.
Batareyalar və adapterlər
Batareya və adapter barədə məlumat
Cihazınız BL-5CB təkrar doldurulan batareya
ilə istifadə olunması nəzərdə tutulub. Nokia
bu cihaza uyğun əlavə batareya modelləri
düzəldə bilər. Həmişə orijinal Nokia
batareyalarından istifadə edin.
Bu cihaz üçün aşağıdakı adapterlər nəzərdə
tutulmuşdur: AC-3 . Adapter modelinin dəqiq
nömrəsi E, X, AR, U, A, C, K və ya B ilə təyin
olunan ştepselin növündən asılı olaraq
müxtəlif ola bilər.
Batareya yüzlərlə dəfə doldurula və boşaldıla
bilər lakin vaxt keçdikcə batareya köhnəlir.
Danışmaq və gözləmə rejimlərinin vaxtı
normal vaxtdan qısadırsa batareyanı dəyişin.
Batareya təhlükəsizliyi
Batareyanı çıxarmazdan əvvəl həmişə cihazı
söndürün və enerjı qurğusundan ayırın.
Adapteri və ya aksessuarı ayırarkən, şnurdan
deyil, ştepseldən tutub çəkin.
Adapteriniz istifadə edilmədikdə, onu elektrik
rozetkasından və cihazdan ayırın.
Batareyanın normadan artıq doldurulması
onun istehlak müddətini qısaltdığından, tam
doldurulmuş batareyanı adapterə qoşulu
saxlamayın. İstifadə edilmədikdə tam
doldurulmuş batareya enerjisini vaxt keçdikcə
itirir.
Həmişə batareyanı 15°C və 25°C (59°F və
77°F) dərəcə arasında saxlayın. Kəskin
temperaturlar batareyanın fəaliyyətini və
29