Nokia 1280

Page 30
background image
ömrünü azaldır. Batareyası isti və ya soyuq
olan cihaz qaydasında işləməyə bilər.
Təsadüfi qısa qapanma dəmir metal əşyalar
birbaşa batareyanın metal zolaqlarına
toxunduqda, məsələn, tək batareyanı
cibinizdə gəzdirdiyinizdə baş verə bilər. Qısa
qapanma batareyaya və ya əlaqədə olan
əşyaya zərər verə bilər.
Partlamağa səbəb ola biləcəyi üçün
batareyaları oda atmayın. Batareyaları yerli
qaydalara müvafiq olaraq məhv edin.
Mümkün olduqda batareyanı təkrar emal
etdirin. Ev tullantısı kimi atmayın.
Batareyaları sökməyin, kəsməyin, açmayın,
vurmayın, əyməyin və ya deşməyin. Batareya
sızması olarsa, batareya mayesinin dəriyə və
ya gözlərə təmas etməsindən çəkinin. Əgər
bu baş verərsə, zərər görmüş nahiyələri
dərhal su ilə yuyun və ya tibbi yardım üçün
müraciət edin.
Batareyaya kənar əşyaları daxil etməyin,
batareyanı təmir etməyin, suya və ya digər
mayelərə salmayın. Batareyalar zədələnərsə,
partlayışa səbəb ola bilər.
Batareyanı və adapteri yalnız müvafiq
məqsəd üçün istifadə edin. Yalnış istifadə və
ya təsdiq edilməyən batareya və ya uyğun
olmayan adapterin istifadəsi yanğın, partlayış
və ya digər təhlükələr yarada bilər və hər
hansı təsdiqi və ya zəmanəti etibarsız edə
bilər. Əgər cihaz və ya batareyanın
zədələndiyindən əmin olsanız, istifadə
etməzdən əvvəl onu xidmət mərkəzinə
apararaq yoxladın. Heç vaxt zədələnmiş
batareya və ya adapterdən istifadə etməyin.
Adapderi yalnız qapalı məkanda istifadə edin.
Əlavə təhlükəsizlik məlumatı
Təcili yardım zənginin edilməsi
1. Cihazın işlək vəziyyətdə olmasını təmin
edin.
2. Müvafiq siqnal intensivliyini yoxlayın. Siz
həmçinin aşağıdakıları etməli ola bilərsiniz:
SIM kart daxil edin.
Cihazınız üçün aktivləşdirdiyiniz
zənglərin qadağan edilməsi, müəyyən
nömrələrin yığılması və ya bağlı istifadəçi
qrupu kimi zəng məhdudiyyətlərini ləğv edin.
Oflayn və ya uçuş profilinin aktiv
olmadığından əmin olun.
3. Əsas ekranı görünənə kimi davamlı
olaraq bitirmə düyməsini basın.
4. Olduğunuz yerin rəsmi təcili yardım
nömrələrini daxil edin. Təcili yardım nömrələri
ərazidən asılı olaraq fərqlənir.
5. Zəng düyməsini basın.
6. Tələb olunan məlumatı mümkün qədər
dəqiq verin. İcazə verilənədək zəngi
bitirməyin.
Mühüm: Cihazınız internet
zənglərini dəstəkləyirsə, həm mobil zəngləri,
həm də internet zənglərini aktivləşdirin. Cihaz
həm mobil şəbəkə, həm də internet zəng
xidməti provayderiniz ilə təcili zəng etməyə
çalışa bilər. Hər şəraitdə bağlantıya təminat
verilmir. Təcili tibbi yardım kimi əhəmiyyətli
əlaqələr üçün heç vaxt yalnız simsiz cihaza
etibar etməyin.
30