Nokia 1280

Page 31
background image
Kiçik uşaqlar
Sizin cihazınız və onun aksesuarları oyuncaq
deyil. Onlar kiçik hissələrdən ibarət ola bilər.
Onları kiçik uşaqların əli çatmadığı yerdə
saxlayın.
Tibbi cihazlar
Simsiz telefonlar da daxil olmaqla radio
ötürücü avadanlığın işlədilməsi qeyri-müvafiq
mühafizə edilən tibb cihazlarının
funksionalığına təsir edə bilər. Tibb
cihazlarının xarici radio tezlik enerjisindən
müvafiq şəkildə mühafizə edildiyini
müəyyənləşdirmək üçün həkimlə və ya tibb
cihazının istehsalçısı ilə məsləhətləşin.
İmplantasiya edilmiş tibbi cihazlar
Tibbi cihazların istehsalçıları məsləhət görür
ki, tibbi cihazla ehtimal müdaxiləni aradan
qaldırmaq üçün nəbzölçən və ya implantasiya
edilmiş kardiyo defibrilyasiya cihazı ilə simsiz
cihaz arasında minimum 15.3 sm (6 düym)
məsafə olmalıdır. Belə cihazları olan şəxslər
bunları etməlidirlər:
Həmişə simsiz cihazları tibbi cihazdan
15.3 santimetrdən (6 düym) çox məsafədə
saxlayın.
Cihaz döş cibində daşımamalıdır.
Simsiz cihazı tibbi cihazdan əks tərəfdə
qulağa taxın.
Müdaxilə olduğuna dair hər hansı şübhə
yaranarsa, simsiz cihazı söndürün.
İmplantasiya edilmiş tibbi cihazlar üçün
istehsalçının təlimatlarına əməl edin.
Simsiz cihazınızı implantasiya edilən tibbi
cihazla necə istifadə etməyə dair suallarınız
varsa, həkiminizə müraciət edin.
Eşitmə
Xəbərdarlıq: Qulaqlıqların istifadə
edilməsi sizin xarici səsləri eşitmək
imkanınıza təsir edə bilər. Sizin
təhlükəsizliyiniz üçün təhlükəli olan yerlərdə
qulaqlıqları istifadə etməyin.
Bəzi simsiz cihazlar bəzi eşitmə cihazlarının
fəaliyyətinə təsir edə bilər.
Nikel
Bu cihazın səthi nikelsizdir.
Cihazınızı zərərli tərkibdən qoruyun.
Cihazınız viruslara və digər zərərli tərkblərə
məruz qala bilər. Aşağıdakı ehtiyat tədbirlərini
həyata keçirin:
Mesajları açarkən ehtiyatlı olun. Onlar
zərərli proqramlar ehtiva edə bilər və ya
cihazınız və ya kompüteriniz üçün zərərli ola
bilər.
Bağlantı sorğularını qəbul edərkən,
interneti gözdən keçirərkən və ya tərkib
yükləyərkən ehtiyatlı olun.
Yalnız etibar etdiyiniz və müvafiq
təhlükəsizlik və təminat təklif edən
mənbələrin xidmətlərini istifadə edin və
proqramlarını quraşdırın.
Cihazınıza və qoşulan hər hansı digər
kompüterə antivirus və digər təhlükəsizlik
proqramını yükləyin. Eyni zamanda yalnız bir
antivirus proqramı istifadə edin. Daha
çoxundan istifadə cihazın və ya kompüterin
fəaliyyətinə və əməliyyatına təsir edə bilər.
Cihazınızda üçüncü tərəf internet
saytlarına əvvəlcədən qurulan əlfəcinlərə və
bəndlərə daxil olsanız, ehtiyat tədbirlərini
31