Nokia 1800

Page 26
background image
Bu sadə göstərişləri oxuyun. Bu göstərişlərə
əməl olunmaması təhlükəli və ya qeyri-qanuni
ola bilər. Daha ətraflı məlumat üçün
istifadəçinin təlimatının tam mətnini oxuyun.
QADAĞAN EDİLƏN
YERLƏRDƏ SÖNDÜRÜN
Simsiz telefonların istifadəsinə
icazə verilmədiyi hallarda və ya
bunun nəticəsində maneə və
ya təhlükə törədilə bilərsə, məsələn,
təyyarədə, tibbi cihazların, yanacağın,
kimyəvi maddələrin və ya partlayıcıların
yaxınlığında telefonu söndürün.
YOL TƏHLÜKƏSİZLİYİ
BİRİNCİ GƏLİR
Bütün yerli qanunlara riayət
edin. Avtomobili idarə edərkən
əllərinizi idarə üçün boş
saxlayın. Avtomobili idarə edərkən siz ilk
növbədə yol təhlükəsizliyi qaydalarını
düşünməlisiniz.
MÜDAXİLƏ
Bütün simsiz telefonlar
maneələrə həssas ola bilər və
bu onların iş keyfiyyətlərinə
təsir göstərə bilər.
KEYFİYYƏTLİ XİDMƏT
Yalnız müvafiq ixtisasa malik
olan işçilər bu məhsulu
quraşdıra və ya təmir edə bilər.
CİHAZINIZI QURU SAXLAYIN
Sizin telefon suya davamlı deyil.
Onu quru vəziyyətdə saxlayın.
EŞiTMƏ QABiLiYYƏTiNiZi
QORUYUN
Qulaqlığa orta səs
səviyyəsində qulaq asın və
dinamikdən istifadə olunarkən
cihazı qulağınıza yaxın tutmayın.
Batareyanın çıxarılması
Batareyanı çıxarmazdan əvvəl cihazı
söndürün və adapteri enerjı qurğusundan
ayırın.
Məhsul və təhlükəsizlik üzrə məlumat
Funksiyaya aid təlimatlar
Cihazınızda daxili və xarici antenalar ola bilər.
Antenna ötürməni və ya qəbulu icra etdiyi
zaman buna zərurət olmadan antennaya
toxunmayın.. Antenaya toxunma rabitə
keyfiyyətinə təsir edir və əməliyyat zamanı
cihazın daha çox enerjidən istifadəsinə səbəb
ola bilər, bu isə batareyanın ömrünü azalda
bilər.
i) Bir mesajın simvol həddindən daha uzun
mətn mesajları göndərə bilərsiniz. Uzun
mesajlar iki və daha çox mesaj kimi göndərilir.
Sizin xidmət provayderiniz sizdən müvafiq
ödəniş tələb edə bilər.
Vurğu və digər işarələri istifadə edən
simvollar və ya bəzi dil seçimləri daha çox yer
Ümumi məlumat
Cyan
Cyan
Magenta
Magenta
Yellow
Yellow
Black
Black