Nokia 1800

Page 29
background image
qaydalara müvafiq olaraq məhv edin.
Mümkün olduqda batareyanı təkrar emal
etdirin. Ev tullantısı kimi atmayın.
Batareyaları sökməyin, kəsməyin, açmayın,
vurmayın, əyməyin və ya deşməyin. Batareya
sızması olarsa, batareya mayesinin dəriyə və
ya gözlərə təmas etməsindən çəkinin. Əgər
bu baş verərsə, zərər görmüş nahiyələri
dərhal su ilə yuyun və ya tibbi yardım üçün
müraciət edin.
Batareyaya kənar əşyaları daxil etməyin,
batareyanı təmir etməyin, suya və ya digər
mayelərə salmayın. Batareyalar zədələnərsə,
partlayışa səbəb ola bilər.
Batareyanı və adapteri yalnız müvafiq
məqsəd üçün istifadə edin. Yalnış istifadə və
ya təsdiq edilməyən batareya və ya uyğun
olmayan adapterin istifadəsi yanğın, partlayış
və ya digər təhlükələr yarada bilər və hər
hansı təsdiqi və ya zəmanəti etibarsız edə
bilər. Əgər cihaz və ya batareyanın
zədələndiyindən əmin olsanız, istifadə
etməzdən əvvəl onu xidmət mərkəzinə
apararaq yoxladın. Heç vaxt zədələnmiş
batareya və ya adapterdən istifadə etməyin.
Adapderi yalnız qapalı məkanda istifadə edin.
Əlavə təhlükəsizlik məlumatı
Təcili yardım zənginin edilməsi
1. Cihazın işlək vəziyyətdə olmasını təmin
edin.
2. Müvafiq siqnal intensivliyini yoxlayın. Siz
həmçinin aşağıdakıları etməli ola bilərsiniz:
SIM kart daxil edin.
Cihazınız üçün aktivləşdirdiyiniz
zənglərin qadağan edilməsi, müəyyən
nömrələrin yığılması və ya bağlı istifadəçi
qrupu kimi zəng məhdudiyyətlərini ləğv edin.
Oflayn və ya uçuş profilinin aktiv
olmadığından əmin olun.
3. Əsas ekranı görünənə kimi davamlı
olaraq bitirmə düyməsini basın.
4. Olduğunuz yerin rəsmi təcili yardım
nömrələrini daxil edin. Təcili yardım nömrələri
ərazidən asılı olaraq fərqlənir.
5. Zəng düyməsini basın.
6. Tələb olunan məlumatı mümkün qədər
dəqiq verin. İcazə verilənədək zəngi
bitirməyin.
Mühüm: Cihazınız internet zənglərini
dəstəkləyirsə, həm mobil zəngləri, həm də
internet zənglərini aktivləşdirin. Cihaz həm
mobil şəbəkə, həm də internet zəng xidməti
provayderiniz ilə təcili zəng etməyə çalışa
bilər. Hər şəraitdə bağlantıya təminat verilmir.
Təcili tibbi yardım kimi əhəmiyyətli əlaqələr
üçün heç vaxt yalnız simsiz cihaza etibar
etməyin.
Kiçik uşaqlar
Sizin cihazınız və onun aksesuarları oyuncaq
deyil. Onlar kiçik hissələrdən ibarət ola bilər.
Onları kiçik uşaqların əli çatmadığı yerdə
saxlayın.
Tibbi cihazlar
Simsiz telefonlar da daxil olmaqla radio
ötürücü avadanlığın işlədilməsi qeyri-müvafiq
mühafizə edilən tibb cihazlarının
funksionalığına təsir edə bilər. Tibb
Cyan
Cyan
Magenta
Magenta
Yellow
Yellow
Black
Black