Nokia 1800

Page 28
background image
Təkrar emal
İstifadə edilmiş elektron məhsulları,
batareyaları və qablaşdırma materiallarını
həmişə təyin edilən toplama nöqtəsinə
qaytarın. Bu yolla siz tullantıların nəzarətsiz
atılmasının qarşısını almağa və materialların
təkrar emal etməsinə kömək edirsiniz.
X işarəli çarxlı qutu işarəsi
Məhsulunuzun, batareyanın üzərindəki X
işarəli çarxlı qutu işarəsi, mətn və ya
qablaşdırma sizə xatırladır ki, bütün elektrik
və elektronik məhsullar, batareyalar və
akumulyatorlar istifadə müddətləri bitdikdə
ayrı yerlərə atılmalıdır. Bu tələb Avropa
İttifaqında tətbiq olunur. Bu məhsulları
çeşidləndirilməmiş bələdiyyə tullantılarının
arasına yerləşdirməyin. Ətraf mühitlə bağlı
daha ətraflı məlumat üçün məhsulun Eko
proflinə www.nokia.com/ecoprofile
ünvanından baxın.
Batareyalar və adapterlər
Batareya və adapter barədə məlumat
Cihazınız BL-5CB təkrar doldurulan batareya
ilə istifadə olunması nəzərdə tutulub. Nokia
bu cihaza uyğun əlavə batareya modelləri
düzəldə bilər. Həmişə orijinal Nokia
batareyalarından istifadə edin.
Bu cihaz üçün aşağıdakı adapterlər nəzərdə
tutulmuşdur: AC-3 . Adapter modelinin dəqiq
nömrəsi E, X, AR, U, A, C, K və ya B ilə təyin
olunan ştepselin növündən asılı olaraq
müxtəlif ola bilər.
Batareya yüzlərlə dəfə doldurula və boşaldıla
bilər lakin vaxt keçdikcə batareya köhnəlir.
Danışmaq və gözləmə rejimlərinin vaxtı
normal vaxtdan qısadırsa batareyanı dəyişin.
Batareya təhlükəsizliyi
Batareyanı çıxarmazdan əvvəl həmişə cihazı
söndürün və enerjı qurğusundan ayırın.
Adapteri və ya aksessuarı ayırarkən, şnurdan
deyil, ştepseldən tutub çəkin.
Adapteriniz istifadə edilmədikdə, onu elektrik
rozetkasından və cihazdan ayırın.
Batareyanın normadan artıq doldurulması
onun istehlak müddətini qısaltdığından, tam
doldurulmuş batareyanı adapterə qoşulu
saxlamayın. İstifadə edilmədikdə tam
doldurulmuş batareya enerjisini vaxt keçdikcə
itirir.
Həmişə batareyanı 15°C və 25°C (59°F və
77°F) dərəcə arasında saxlayın. Kəskin
temperaturlar batareyanın fəaliyyətini və
ömrünü azaldır. Batareyası isti və ya soyuq
olan cihaz qaydasında işləməyə bilər.
Təsadüfi qısa qapanma dəmir metal əşyalar
birbaşa batareyanın metal zolaqlarına
toxunduqda, məsələn, tək batareyanı
cibinizdə gəzdirdiyinizdə baş verə bilər. Qısa
qapanma batareyaya və ya əlaqədə olan
əşyaya zərər verə bilər.
Partlamağa səbəb ola biləcəyi üçün
batareyaları oda atmayın. Batareyaları yerli
Cyan
Cyan
Magenta
Magenta
Yellow
Yellow
Black
Black