Nokia 1800

Page 30
background image
cihazlarının xarici RF enerjisindən müvafiq
şəkildə mühafizə edildiyini
müəyyənləşdirmək üçün həkimlə və ya tibb
cihazının istehsalçısı ilə məsləhətləşin.
Təlimatlarda göstərilirsə, cihazınızı məsələn,
xəstəxanalarda söndürün.
İmplantasiya edilmiş tibbi cihazlar
Tibbi cihazların istehsalçıları məsləhət görür
ki, tibbi cihazla ehtimal müdaxiləni aradan
qaldırmaq üçün nəbzölçən və ya implantasiya
edilmiş kardiyo defibrilyasiya cihazı ilə simsiz
cihaz arasında minimum 15.3 sm (6 düym)
məsafə olmalıdır. Belə cihazları olan şəxslər
bunları etməlidirlər:
Həmişə simsiz cihazları tibbi cihazdan
15.3 santimetrdən (6 düym) çox məsafədə
saxlayın.
Cihaz döş cibində daşımamalıdır.
Simsiz cihazı tibbi cihazdan əks tərəfdə
qulağa taxın.
Müdaxilə olduğuna dair hər hansı şübhə
yaranarsa, simsiz cihazı söndürün.
İmplantasiya edilmiş tibbi cihazlar üçün
istehsalçının təlimatlarına əməl edin.
Simsiz cihazınızı implantasiya edilən tibbi
cihazla necə istifadə etməyə dair suallarınız
varsa, həkiminizə müraciət edin.
Eşitmə
Xəbərdarlıq: Qulaqlıqların istifadə
edilməsi sizin xarici səsləri eşitmək
imkanınıza təsir edə bilər. Sizin
təhlükəsizliyiniz üçün təhlükəli olan yerlərdə
qulaqlıqları istifadə etməyin.
Bəzi simsiz cihazlar bəzi eşitmə cihazlarının
fəaliyyətinə təsir edə bilər.
İş mühiti
Bu cihaz RT-yə məruz qalma ilə bağlı
təlimatlara qulaqda normal istifadə vəziyyəti
zamanı və ya ən azı 2.2 sentimetr (7/8 düym)
(RH-125) və ya 1.5 sentimetr (5/8 düym)
(RM-653) bədəndən uzaq olduqda cavab
verir. Üstünüzdə gəzdirmək üçün daşıma
qabı, kəmər qısqacı və ya tutqacda metal
tərkibli olmamalı və bədəninizdən yuxarıda
göstərilən məsafədə uzaq olmalıdır.
Məlumat faylları və ya mesajların ötürülməsi
keyfiyyətli şəbəkə bağlantısı tələb edir.
Məlumat faylları və mesajları belə bağlantı
yaranana qədər ləngiyə bilər. Ötürülmə
tamamlanana qədər ayrılma məsafəsinə dair
təlimatlara riayət edin.
Avtomobillər
Radio siqnalları elektron yanacaq injektor
sistemləri, elektron antikilidləmə əyləc
sistemləri, elektron sürət tənzimləyici
sistemlər və hava yastığı sistemləri kimi
avtomobillərdə düzgün quraşdırılmayan və ya
lazımi qaydada qurulmayan elektron
sistemlərə təsir göstərə bilər. Ətraflı məlumat
üçün avtomobilinizin və ya onun
avadanlığının istehsalçısı ilə əlaqə saxlayın.
Cihazı ancaq ixtisaslı şəxslər avtomobildə
quraşdırmalıdır. Yalnış quraşdırılma və ya
xidmət təhlükəli ola bilər və sizin zəmanətinizi
etibarsız edə bilər. Mütəmadi olaraq
avtomobilinizə quraşdırılan cihazın düzgün
quraşdırıldığı və işlədiyini yoxlayın. Cihaz,
Cyan
Cyan
Magenta
Magenta
Yellow
Yellow
Black
Black