Nokia 2626

Page 59
background image
59
Ba t a r e y a   h a q q ı n d a   m ə l u m a t
6.  Batareya haqqında məlumat

Batareyanın doldurulması bə 
boşaldılması
Sizin cihaz təkrar doldurulan batareya ilə təchiz edilmişdir. 
Yeni batareyanın tam iş keyfiyyətləri batareyanın iki və ya
üç tam doldurulma və boşaldılma dövründən sonra icra 
edilir. Batareya yüz dəfələrlə doldurula və boşaldıla bilər, 
lakin vaxt keçdikcə batareya köhnəlir. Danışmaq və gözləmə 
rejimlərinin vaxtı normal vaxtdan qısadırsa batareyanı 
dəyişin. Yalnız Nokia tərəfindən təsdiq edilmiş batareyaları
istifadə edin və batareyanızın doldurulması üçün yalnız 
Nokia tərəfindən təsdiq edilmiş bu telefon üçün nəzərdə
tutulmuş batareya dolduran qurğuları istifadə edin.
Dəyişdirilmiş batareya ilk dəfə telefona qoşulursa, yaxud 
uzun müddət işlənilməyibsə, onu adapter vasitəsilə elektrik 
cərəyanına qoşun və sonra ayırın və yenidən enerji toplamaq 
üçün elektrik cərəyanına qoşun.