Nokia 2626

Page 60
background image
60
Ba t a r e y a   h a q q ı n d a   m ə l u m a t
Batareyanı dolduran qurğu istifadə edilmədikdə elektrik 
rozetkadan və telefondan ayırın. Tam doldurulmuş 
batareyanı dolduran qurğuya birləşmiş saxlamayın, çünki 
normadan artıq batareyanın doldurulması onun istehlak 
müddətini qısalda bilər. İstifadə edilmədikdə tam doldurulmuş 
batareya enerjisini vaxt keçdikcə itirir.
Batareya tam boşaldıqda ekranda batareyanın doldurulması 
indikatorunun peyda olması və ya zəng edilməsi üçün bir 
neçə dəqiqə tələb oluna bilər.
Batareyanı yalnız müvafiq məqsəd üçün istifadə edin. Heç
vaxt zədələnmiş batareya və ya batareyanı dolduran qurğu 
istifadə etməyin.
Batareyanın qısa qapanmasına yol verməyin. Təsadüfi qısa
qapanma dəmir pul, sıxac, və ya qələm kimi metal əşyalar 
birbaşa batareyanın müsbət (+) və mənfi (-) terminalları ilə
əlaqədə olduqda baş verə bilər. (Bu batareyanın üzərində 
metal zolaqlar kimi görsənir). Bu, misal üçün, ehtiyat 
batareyasını cibinizdə və ya pul kisəsində gəzdirdikdə baş 
verə bilər. Terminalların qısa qapanması batareyaya və ya 
əlaqədə olan əşyaya zərər verə bilər.