Nokia 2626

Page 76
background image
76
Tə h l ü k ə s i z l i k l ə   b a ğ l ı   ə l a v ə   m ə l u m a t

Sertifikatlaşdırma məlumatı (SAR)
BU MOBIL QURĞU RADIODALĞALARIN TƏSIRI HAQDA 
RƏHBƏR TƏLIMAT TƏLƏBLƏRINI ÖDƏYIR.
Sizin mobil telefon radio qəbul ötürücüsü və edicisidir. 
Bu cihaz beynəlxalq qaydalar tərəfindən tövsiyyə edilmiş
radio tezliyinə məruz qalma limitlərini aşmayan cihaz kimi 
hazırlanmış və istehsal edilmişdir. Bu təlimat müstəqil 
elmi təşkilat (ICNIRP) tərəfindən tərtib edilib və yaşından,
sağlamlığından asılı olmayaraq, bütün şəxslərin müdafiəsini
təmin edəcək təhlükəsizlik həddini nəzərə alır. 
Mobil cihazlar üçün təsir standartı olaraq Xüsusi Absorbsiya 
Dərəcəsi (XAD) kimi tanınan ölçü vahidi istifadə edilir. 
ICNIRP təşkilatının təlimatında göstərilmiş SAR həddi 
2.0 vat/kilogramdır (v/kg) 10 qram toxuma ortalamaqla. XAD 
üçün testlər bütün sınaqdan keçirilmiş tezlik diapazonlarında 
cihaz ən yüksək təsdiq edilmiş güc səviyyəsində məlumatı 
ötürərkən standart iş vəziyyətində keçirilir. İstifadə edilən 
qurğunun SAR səviyyəsi maksimal dərəcədən aşağı ola 
bilər, çünki qurğunun ancaq şəbəkə ilə əlaqə yaratmaq üçün 
enerji verməsi tələb olunur. Bu rəqəm bir sıra faktorun təsiri