Nokia 2626

Page 72
background image
72
Tə h l ü k ə s i z l i k l ə   b a ğ l ı   ə l a v ə   m ə l u m a t

Avtomobillər
RF signalları avtomobillərdə düzgün quraşdırılmamış və ya 
düzgün mühafizə edilməmiş elektron yanacaq yeridilməsi
sistemi, blokirovkaya qarşı elektron tormoz sistemləri, 
elektron surət tənzimləyən sistemlər, hava kisəsi sistemləri 
kimi elektron sistemlərə təsir edə bilər. Daha ətraflı məlumat
üçün sizin avtomobilin və ya ona əlavə edilmiş avadanlığın 
istehsalçısı və ya onun dileri ilə əlaqə saxlayın.
Yalnız professional personal cihaza texniki xidmət göstərə 
bilər və cihazı avtomobildə quraşdıra bilər. Qüsurlu 
quraşdırılma və ya xidmət təhlükəli ola bilər və bu cihaza 
tətbiq ediləcək hər hansı zəmanətin qüvvədən düşməsinə 
səbəb ola bilər. Avtomobilinizdə bütün simsiz cihaz 
avadanlığının düzgün quraşdırıldığını və işlədiyini mütəmadi 
olaraq yoxlayın. Tez alışan mayeləri, qazları və partlayıcı 
maddələri cihazın, onun hissələrinin və aksesuarlarının 
daşındığı bölmədə saxlamayın və daşımayın. Hava kisəsi 
ilə təchiz edilmiş avtomobillərlərlə bağlı unutmayın ki, hava 
kisələri böyük güclə şişirdilir. Hava kisəsinin olduğu və ya 
açılacağı ərazıdə əşyaları, o cümlədən quraşdırılmış və ya 
daşınan avadanlığı yerləşdirməyin. Avtomobilin daxilində