Nokia 1208

Page 10
background image
Ümumi məlumat
Sizin cihaz haqqında
Bu təlimatda təsvir edilmiş simsiz cihaz EGSM 900 və 1800
MHz şəbəkələri-da istifadə üçün təsdiq edilmişdir. Şəbəkə
haqqında daha ətraflı məlumat əldə etmək üçün xidmət
provayderinizlə əlaqə saxlayın.
Cihazınızda üçüncü tərəf internet saytları üçün əvvəlcədən
qurulan əlfəcinlər və bəndlər ola bilər və sizə üçüncü tərəf
saytlara daxil olmağa imkan verə bilər. Bunlar Nokianın
himayəsində deyil və Nokia onlara görə məsuliyyət daşımır.
Əgər siz belə saytlara daxil olsanız, təhlükəsizlik və ya tərkib
üçün ehtiyat tədbirlərini həyata keçirin.
Xəbərdarlıq:
Zəngli saat istisna olmaqla bu cihazın bütün imkanlarının
istifadəsi üçün telefon işə salınmalıdır. Simsiz cihaz maneə
və ya təhlükə törədə biləcəyi hallarda telefonu işə salmayın.
Bu cihazdan istifadə edərkən bütün qanunlara riayət edin və
müəllif hüquqları da daxil olmaqla, yerli adətlərə, digər
şəxslərin şəxsi işlərinə və qanuni hüquqlarına hörmət edin.
Müəlliflik hüquqlarının mühafizəsi müəyyən şəkillərin, zəng
siqnalları melodiyalarının və digər məzmunlu funksiyaların
surətinin çıxarılmasına, dəyişdirilməsinə və ya
köçürülməsinə mane ola bilər.
Cihazınızın yaddaşında saxladığınız bütün zəruri məlumatın
ehtiyat nüsxəsini çıxarın və ya yazılı qeyd edin.
Digər cihaza qoşularkən təhlükəsizliklə bağlı ətraflı məlumatı
əldə etmək üçün onun istifadə təlimatını oxuyun. Uyğun
olmayan məhsulları qoşmayın.
Bu təlimatlardakı şəkillər cihazınızın ekranındakından fərqli
ola bilər.
Cihazınız haqqında digər mühüm məlumatları bilmək üçün
istifadəçinin təlimatlarına müraciət edin.
Şəbəkə xidmətləri
Telefonun istifadəsi üçün Sizin simsiz xidmət provayderinə
ehtiyacınız var. Bəzi xüsusiyyətlər bütün şəbəkələrdə
mövcud deyil; digər xüsusiyyətlər onlardan istifadə etməyiniz
üçün Sizdən xidmət təminatçınızla xüsusi razılıq əldə
etməyinizi tələb edə bilər. Şəbəkə xidmətlərinə məlumatın
ötürülməsi daxildir. Ev şəbəkəsi və ya digər şəbəkələr
üzərindən rouminq qiymətləri barədə təfərrüatlar üçün
xidmət provayderinizlə əlaqə saxlayın. Sizin xidmət
təminatçınız hansı dəyişliklərin tətbiq olunacağını izah edə
bilər.
Sizin xidmət provayderiniz tələb edə bilər ki, cihazınızda
quraşdırılmış müəyyən funksiyalar istifadə edilməsin və
aktivləşdirilməsin. Bu halda bu funksiyalar Sizin
menyunuzda görünməyəcək. Sizin cihazda həmçinin menyu
adları, menyu sırası və nişanlar kimi tələbə uyğunlaşdırılmış
elementlər də ola bilər.
Dəstək
Məhsulunuzdan necə istifadə etməyiniz barədə daha ətraflı
öyrənmək və cihazınızın necə çalışdığını təmin etmək üçün,
istifadəçi təlimatına yaxud www.nokia.com/support yaxud
yerli Nokia veb-saytında, www.nokia.mobi/support (mobil
cihazı ilə) dəstək səhifələrinə baxın.
Əgər bu sizin məsələnizi həll etmirsə, aşağıdakını edin:
Cihazı söndürüb işə salın: cihazı söndürün və
batareyanı çıxardın. Təxminən bir dəqiqədən sonra
batareyanı yenidən daxil edib cihazı yandırın.
İstifadəçi təlimatında göstərildiyi kimi orijinal istehsalçı
parametrlərini bərpa edin.
Əgər bu məsələ yenə də həll olunmursa, Nokia ilə təmir üçün
əlaqə saxlayın. Baxın www.nokia.com/repair. Cihazınızı
təmirə göndərməkdən əvvəl həmişə cihazınızdakı
məlumatın rezerv nüsxəsini çıxardın.
Aksessuarlar
Xəbərdarlıq:
Bu xüsusi model üçün yalnız Nokia tərəfindən təsdiq edilmiş
batareyalar, adapterlər və aksessuarlardan istifadə edin.
Digər növün istifadəsi cihaza tətbiq edilən hər hansı təsdiq
və zəmanətin də qüvvədən düşməsinə səbəb və təhlükəli ola
bilər. Əsasən, təsdiq edilməyən batareya və ya adapterin
istifadəsi yanğın, partlayış, sızma və ya digər təhlükələr
yarada bilər.
Təsdiq edilmiş aksessuarların mövcudluğu haqqında
məlumat almaq üçün dilerinizlə əlaqə saxlayın. Hər hansı
aksessuarın güc şnurunu ayırarkən, şnurdan deyil
ştepseldən tutub çəkin.
Batareya
Batareya və adapter barədə məlumat
Sizin cihaz təkrar doldurulan batareya ilə təchiz edilmişdir.
Bu cihazda istifadə olunması nəzərdə tutulan batareya
BL-5CA. Nokia bu cihaza uyğun əlavə batareya modelləri
düzəldə bilər. Bu cihaz üçün aşağıdakı adapterlər nəzərdə
tutulmuşdur: AC-3 . Adapter modelinin dəqiq nömrəsi
ştepselin növündən asılı olaraq müxtəlif ola bilər. Ştepselin
variantı aşağıdakılardan birinə görə təyin edilir: E, EB, X, AR,
U, A, C, K və ya UB.
Batareya yüzlərlə dəfə doldurula və boşaldıla bilər lakin vaxt
keçdikcə batareya köhnəlir. Danışmaq və gözləmə
rejimlərinin vaxtı normal vaxtdan qısadırsa batareyanı
dəyişin. Yalnız Nokia tərəfindən təsdiq edilmiş
batareyalardan istifadə edin və batareyanızın doldurulması
üçün yalnız Nokia tərəfindən təsdiq edilmiş bu telefon üçün
nəzərdə tutulmuş batareya dolduran qurğuları istifadə edin.
10
Ümumi məlumat