Nokia 1208

Page 13
background image
Müdaxilə olduğuna dair hər hansı şübhə yaranarsa,
simsiz cihazı söndürün.
İmplantasiya edilmiş tibbi cihazlar üçün istehsalçının
təlimatlarına əməl edin.
Simsiz cihazınızı implantasiya edilən tibbi cihazla necə
istifadə etməyə dair suallarınız varsa, həkiminizə müraciət
edin.
Eşitmə cihazları
Bəzi rəqəmli naqilsiz cihazlar qulaq aparatlarının işlərinə
təsir edə bilər.
Avtomobillər
RT siqnalları elektron yanacaq injektor sistemləri, elektron
antikilidləmə əyləc sistemləri, elektron sürət tənzimləyici
sistemlər və hava yastığı sistemləri kimi avtomobillərdə
düzgün quraşdırılmayan və ya lazımi qaydada qurulmayan
elektron sistemlərə təsir göstərə bilər. Ətraflı məlumat üçün
avtomobilinizin və ya onun avadanlığının istehsalçısı ilə
əlaqə saxlayın.
Ancaq ixtisaslı işçilər avtomobilə cihaz quraşdırmalı və ya
təmir etməlidir. Yalnış quraşdırılma və ya xidmət təhlükəli ola
bilər və sizin zəmanətinizi etibarsız edə bilər. Mütəmadi
olaraq avtomobilinizə quraşdırılan cihazın düzgün
quraşdırıldığı və işlədiyini yoxlayın. Cihaz, onun hissələri və
ya aksessuarları ilə eyni bölmədə alışan mayelər, qazlar və
ya partlayıcı maddələri saxlamayın və ya daşımayın.
Unutmayın ki, hava yastıqları böyük qüvvə ilə açılır.
Cihazınızı və ya aksessuarları hava yasrığının açıldığı
hissələrə yerləşdirməyin.
Təyyarəyə minməzdən əvvəl cihazı söndürün. Təyyarədə
simsiz telecihazlardan istifadə təyyarənin işləməsi üçün
təhlükəli ola bilər və qeyri-qanuni ola bilər.
Potensial partlayıcı mühit
Mümkün partlayış ola biləcək hər hansı mühitlərdə cihazınızı
söndürün. Dərc olunmuş bütün təlimatlara əməl edin. Belə
ərazilərdə qığılcımlar bədən xəsarəti və ya ölümlə
nəticələnən partlamaya yaxud yanğına səbəb ola bilər .
Telefonu xidmət stansiyalarında olan qaz nasosları kimi
yanacaq stansiyalarında söndürün. Yanacaq depolarında,
saxlama və paylama məntəqələrində, kimyəvi zavodlarda və
ya partlayış əməliyyatları keçirilən ərazilərdə
məhdudiyyətlərə riayət edin. Potensial partlayış atmosferi
olan ərazilər həmişə olmasa da çox vaxt aşkar qeyd edilirlər.
Buraya nəqliyyat vasitənizin matorunu söndürülməsi
məsləhət görülən ərazilər, qayıqlarda göyərtədən aşağı
hissə, kimyəvi maddələrin ötürüldüyü və ya saxlandığı
binalar daxildir, belə yerlərdə havada kimyəvi maddələr və
atom, toz, və ya metal tozları kimi hissəciklər olur. Maye
qazla işləyən avtomobil istehsalçılarına bu cihazın həmin
avtomobillərin yaxınlığında istifadə eilib edilməyəcəyini
soruşmalısınız.
Təcili yardım zəngləri
Mühüm:  Bu cihaz da daxil olmaqla simsiz telefonlar radio
siqnalları, simsiz şəbəkələri, daxili əlaqə xəttləri şəbəkələrini
və istifadəçi üçün proqramlaşdırılmış funksiyaları istifadə
edərək işləyir. Əgər cihazınız internet vasitəsilə səs
zənglərini dəstəkləyirsə (internet zəngləri), həm internet
zənglərini və həm də mobil telefonu aktivləşdirin. Hər ikisi
aktivləşdirilərsə, cihaz həm mobil şəbəkə, həm də sizin
internet zəngi provayderi ilə təcili yardım zəngləri etməyə
çalışacaqdır. Hər şəraitdə bağlantıya təminat verilmir. Təcili
tibbi yardım kimi əhəmiyyətli əlaqələr üçün Siz yalnız simsiz
cihaza etibar etməməlisiniz.
Təcili yardım zəngini etmək üçün:
1
Cihaz iş rejimində olmadıqda onu yandırın. Müvafiq
siqnal intensivliyini yoxlayın. Cihazınızdan asılı olaraq,
aşağıdakıları tamamlamalı ola bilərsiniz:
Cihazınıza SİM kart daxil edin.
Cihazınızda aktivləşdirdiyiniz müəyyən zəng
məhdudiyyətlərini götürün.
Profilinizi Qoşulu olmayan və ya Uçuş rejimi
profilindən aktiv profillə dəyişdirin.
2
Ekranı təmizləmək və cihazı zənglər üçün hazır etmək
üçün lazım olan qədər başa çatdırma düyməsini basın.
3
Olduğunuz yerin rəsmi təcili yardım nömrələrini daxil
edin. Təcili yardım nömrələri ərazidən asılı olaraq
fərqlənir.
4
Zəng düyməsini basın.
Təcili yardım zəngi edərkən tələb olunan məlumatı mümkün
qədər dəqiq verin. Hadisə yerində sizin simsiz cihazınız
yeganə kommunikasıya vasitəsi ola bilər. İcazə verilənədək
zəngi bitirməyin.
Sertifikat barədə məlumat (SAR)
Bu mobil cihaz radio dalğalara məruz qalma təlimatlarına
cavab verir.
Sizin mobil telefon radio qəbul ötürücüsü və edicisidir. Bu
cihaz beynəlxalq qaydalar tərəfindən tövsiyyə edilmiş radio
tezliyinə məruz qalma limitlərini aşmayan cihaz kimi
hazırlanmış və istehsal edilmişdir. Bu təlimatlar İCNİRP
müstəqil elmi təşkilat tərəfindən yaradılıb, belə ki, yaş həddi
və sağlamlıq nəzərə alınmadan, hər bir kəsin müdafiəsini
təmin etmək üçün hazırlanan təhlükəsizlik qaydalarından
ibarətdir.
Mobil cihazlar üçün təsir standartı olaraq Xüsusi Absorbsiya
Dərəcəsi (SAR) kimi tanınan ölçü vahidi istifadə edilir.
ICNIRP təşkilatının təlimatında göstərilmiş SAR həddi 2.0
vat/kilogramdır (v/kg) 10 qram toxuma ortalamaqla. SAR
üçün testlər bütün sınaqdan keçirilmiş tezlik diapazonlarında
cihaz ən yüksək təsdiq edilmiş güc səviyyəsində məlumatı
ötürərkən standart iş vəziyyətində keçirilir. İstifadə edilən
qurğunun SAR səviyyəsi maksimal dərəcədən aşağı ola
Təhlükəsizliklə bağlı əlavə məlumat
13