Nokia 1208

Page 4
background image
Cihazın işə salınması
SIM kartın və batareyanın daxiledilməsi
Bu cihaz BL-5CA batareyası ilə istifadə üçün nəzərdə tutulub.
Təhlükəsiz çıxarılma. Batareyanı çıxarmazdan əvvəl həmişə cihazı söndürün və enerjı
qurğusundan ayırın.
1 Arxa qapağı aşağı itələyin (1) və çıxardın.
2 Batareyanı qaldırın və çıxarın (2).
3 Cihazın barmaq tutacağından (3) istifadə edərək ehtiyatla SIM kart tutacağını
qaldırın. SIM kartı daxil edin (4). SIM kartın kəsik küncü yuxarı sağ tərəfə və kontakt
sahəsi aşağıya tərəf olduqunu təmin edin. SIM kart tutacağını bağlayın və onu
sıxaraq yerinə otuzdurun (5).
4 Batareya və arxa qapağı yerinə yerləşdirin (6, 7).
Batareyanın yüklənilməsi
Batareyanız istehsalçı tərəfindən artıq müəyyən qədər yüklənilib. Cihaz aşağı yükləmə
dərəcəsini göstərirsə, aşağıdakını edin:
1 Adapteri divar rozetkasına qoşun.
2 Adapteri cihaza qoşun.
3 Cihaz tam yükləməni göstərdikdə adapteri cihazdan, sonra isə divar rozetkasından
ayırın.
İşarə:Enerjiyə qənaət üçün adapteri batareya tam yükləndiyi zaman ayırın.
Batareyanı müəyyən müddət ərzində yükləməyə ehtiyac yoxdur və siz cihazdan
yükləndiyi zaman istifadə edə bilərsiniz. Batareya tam boşaldıqda, yükləmə
4
Cihazın işə salınması