Nokia 1208

Page 12
background image
yenidən yerinə yerləşdirənə qədər cihazın tam
qurumasını təmin edin.
Cihazı tozlu, kirli yerlərdə istifadə etməyin və
saxlamayın. Onun ayrıla bilən hissələri və elektron
komponentləri zədələnə bilər.
Cihazı yüksək və ya soyuq temperaturda saxlamayın.
Yüksək temperatur elektron cihazların istehlak
müddətini qısalda, batareyaları zədələyə və müəyyən
plastik hissələri əyə və ya əridə bilər. Cihaz soyuq
temperaturdan normal temperatura qayıtdıqda cihazın
içində nəmlik yarana bilər bə bunun nəticəsində
elektron sxemlərin plataları zədələnə bilər.
Cihazı yalnız bu təlimatda göstərilmiş qaydada açın.
Cihazı yerə salmayın, taqqıldatmayın və ya
silkələməyin. Kobud rəftar daxili montaj platasını və
dəqiq mexanika elementlərini qıra bilər.
Cihazın təmizlənməsi üçün sərt kimyəvi
preparatlardan, təmizləyici həlledicilərdən və ya güclü
tozlardan istifadə etməyin. Cihazın səthini təmizləmək
üçün yalnız yumşaq, təmiz, quru parçadan istifadə
edin.
Cihazı rəngləməyin. Rəng hərəkət edən hissələri
tıxaya və müvafiq əməliyyatlara mane ola bilər.
Yalnız təchiz və ya təsdiq edilmiş əvəzedici
antenalardan istifadə edin. Qadağan edilmiş
antenaların, modifikasiyaların və ya aksessuarların
istifadəsi sizin cihazı zədələyə bilər və radio
cihazlarının istifadəsini tənzimləyən qaydaların
pozulmasına səbəb ola bilər.
Batareyanı bağlı otaqda doldurun.
Saxlamaq istədiyiniz kontaktlar və təqvim qeydləri kimi
məlumatın ehtiyat nüsxəsini çıxarın.
Optimal iş rejimi üçün cihaz vaxtaşırı söndürülməlidir,
bunun üçün cihazı söndürün və batareyanı çıxarın.
Yuxarıda göstərilən bütün təkliflər eyni dərəcədə sizin
cihazınıza, batareyaya, adapterə və ya hər hansı
aksessuara şamil edilir.
Təkrar emal
İstifadə edilmiş elektron məhsulları, batareyaları və
qablaşdırma materiallarını həmişə təyin edilən toplama
nöqtəsinə qaytarın. Bu yolla siz tullantıların nəzarətsiz
atılmasının qarşısını almağa və materialların təkrar emal
etməsinə kömək edirsiniz. Məhsulun ətraf mühitə təsiri
haqqında və öz Nokia məhsulunuzu necə təkrar emal
etdirəcəyiniz barədə məlumatı www.nokia.com/werecycle,
və ya nokia.mobi/werecycle saytından əldə edə bilərsiniz.
Məhsulunuzun, batareyanın üzərindəki X işarəli çarxlı qutu
işarəsi, mətn və ya qablaşdırma sizə xatırladır ki, bütün
elektrik və elektronik məhsullar, batareyalar və
akumulyatorlar istifadə müddətləri bitdikdə ayrı yerlərə
atılmalıdır. Bu tələb Avropa İttifaqında tətbiq olunur. Bu
məhsulları çeşidləndirilməmiş bələdiyyə tullantılarının
arasına yerləşdirməyin. Ətraf mühitlə bağlı daha ətraflı
məlumat üçün məhsulun Eko-Deklarasiyalarına
Təhlükəsizliklə bağlı əlavə məlumat
Bu cihazın səthində nikel istifadə edilməyib.
Kiçik uşaqlar
Sizin cihazınız və onun aksesuarları oyuncaq deyil. Onlar
kiçik hissələrdən ibarət ola bilər. Onları kiçik uşaqların əli
çatmadığı yerdə saxlayın.
İş mühiti
Bu cihaz RT-yə məruz qalma ilə bağlı təlimatlara qulaqda
normal istifadə vəziyyəti zamanı və ya ən azı 2,2 santimetr
(7/8 düym) bədəndən uzaq olduqda cavab verir. Üstünüzdə
gəzdirmək üçün daşıma qabı, kəmər qısqacı və ya tutqacda
metal tərkibli olmamalı və bədəninizdən yuxarıda göstərilən
məsafədə uzaq olmalıdır.
Məlumat faylları və ya mesajların ötürülməsi keyfiyyətli
şəbəkə bağlantısı tələb edir. Məlumat faylları və mesajları
belə bağlantı yaranana qədər ləngiyə bilər. Ötürülmə
tamamlanana qədər ayrılma məsafəsinə dair təlimatlara
riayət edin.
Cihazın hissələri maqnitdir. Metal əşyalar qurğuya təsir edə
bilər. Kredit kartlarını və digər maqnit daşıyan vasitələri
cihazın yanında qoymayın, çünki onlarda olan məlumat
silinə bilər.
Tibbi cihazlar
Simsiz telefonlar da daxil olmaqla radio ötürücü avadanlığın
işlədilməsi qeyri-müvafiq mühafizə edilən tibb cihazlarının
funksionalığına təsir edə bilər. Tibb cihazlarının xarici RF
enerjisindən müvafiq şəkildə mühafizə edildiyini
müəyyənləşdirmək üçün həkimlə və ya tibb cihazının
istehsalçısı ilə məsləhətləşin. Təlimatlarda göstərilirsə
cihazınızı söndürün. Hospitallar və ya səhiyyə müəssisələri
xarici RF enerjisinə həssas olan avadanlıqlardan istifadə
edirlər.
İmplantasiya edilmiş tibbi cihazlar
Tibbi cihazların istehsalçıları məsləhət görür ki, tibbi cihazla
ehtimal müdaxiləni aradan qaldırmaq üçün nəbzölçən və ya
implantasiya edilmiş kardiyo defibrilyasiya cihazı ilə simsiz
cihaz arasında minimum 15.3 sm (6 düym) məsafə olmalıdır.
Belə cihazları olan şəxslər bunları etməlidirlər:
Həmişə simsiz cihazları tibbi cihazdan 15.3
santimetrdən (6 düym) çox məsafədə saxlayın.
Cihazı döş cibində daşımayın.
Simsiz cihazı tibbi cihazdan əks tərəfdə qulağa taxın.
12
Təhlükəsizliklə bağlı əlavə məlumat