Nokia 1208

Page 3
background image
Təhlükəsizlik
Bu sadə göstərişləri oxuyun. Bu göstərişlərə əməl olunmaması təhlükəli və ya qeyri-
qanuni ola bilər. Daha ətraflı məlumat üçün istifadəçinin təlimatının tam mətnini
oxuyun.
TƏHLÜKƏSİZ İŞƏ SALIN
Simsiz telefonların istifadəsi qadağan edildiyi hallarda və ya bunun
nəticəsində maneə və ya təhlükə törədilə bilərsə, telefonu işə salmayın.
YOL TƏHLÜKƏSİZLİYİ BİRİNCİ GƏLİR
Bütün yerli qanunlara riayət edin. Avtomobili idarə edərkən əllərinizi idarə
üçün boş saxlayın. Avtomobili idarə edərkən siz ilk növbədə yol təhlükəsizliyi
qaydalarını düşünməlisiniz.
MÜDAXİLƏ
Bütün simsiz telefonlar maneələrə həssas ola bilər və bu onların iş
keyfiyyətlərinə təsir göstərə bilər.
QADAĞAN EDİLƏN YERLƏRDƏ SÖNDÜRÜN
Bütün məhdudiyyətlərə riayət edin. Cihazı təyyarədə, tibbi cihazların,
yanacağın və ya partlayıcıların yanında söndürün.
KEYFİYYƏTLİ XİDMƏT
Yalnız müvafiq ixtisasa malik olan işçilər bu məhsulu quraşdıra və ya təmir
edə bilər.
AKSESSUARLAR VƏ BATAREYALAR
Yalnız təsdiq edilmiş aksessuar və batareyalardan istifadə edin. Uyğun
olmayan məhsulları qoşmayın.
SUYA DAVAMLILIQ
Sizin telefon suya davamlı deyil. Onu quru vəziyyətdə saxlayın.
Təhlükəsizlik
3