Nokia X2-00

Page 18
background image
Mətn mesajları
Cihazınız bir mesaj həddindən əlavə mətn mesajlarını dəstəkləyir. Uzun mesajlar iki
və daha çox mesaj kimi göndərilir. Sizin xidmət provayderiniz sizdən müvafiq ödəniş
tələb edə bilər. Vurğu və digər işarələri istifadə edən simvollar və ya bəzi dil seçimləri
daha çox yer tutur və bir mesaj çərçivəsində göndərilən simvolların sayını
məhdudlaşdırır.
Qalan simvolların ümumi sayı və göndərmək üçün lazım olan mesaj sayı göstərilir.
Mesajları göndərmək üçün aparatınızda düzgün mesaj mərkəzinizin nömrəsi
saxlanılmalıdır. Adətən bu nömrə avtomatik olaraq SIM kartınız vasitəsilə quraşdırılır.
Nömrəni əl ilə təyin etmək üçün aşağıdakını edin:
1
Menyu
 > 
Mesajlar
 > 
Daha artıq
 > 
Mes. par-ləri
 > 
Mətn mesajları
 > 
Mesaj
mərkəzi
 seçin.
2 Adı və xidmət təminatçınızın təqdim etdiyi nömrəni daxil edin.
Multimedia mesajları
Multimedia mesajı mətn, şəkillər, səs və ya video kliplərdən ibarət ola bilər.
Yalnız müvafiq elementləri olan cihazlar multimediya mesajlarını qəbul edə və ekranda
nümayiş edə bilər. Mesajın görünüşü qəbul edən cihazdan asılı olaraq fərqli ola bilər.
Simsiz şəbəkə MMS mesajlarının ölçüsünü məhdudlaşdıra bilər. Daxil edilmiş şəkil bu
limiti aşarsa, cihaz onu MMS-lə göndərilə biləcək ölçüyə qədər balacalaşdıra bilər.
Mühüm:  Mesajları ehtiyatla açın. Mesajlarda zərərli proqramlar və ya sizin cihaz və ya
kompüteriniz üçün zərərli olan digər proqramlar ola bilər.
Multimedia mesaj xidmətinin (MMS) mümkünlüyü və abunəlik üçün xidmət
provayderiniz ilə əlaqə qurun.
Mesaj yaratmaq 
1
Menyu
 > 
Mesajlar
 > 
Mesaj yarat
 seçin
2 Mesajınızı yazın.
Xüsusi işarəni yaxud emosiya işarəsini daxil etmək üçün 
Seçimlər
 > 
Simvolu daxil
et
 seçin.
Mesaja obyekt qoşmaq üçün 
Seçimlər
 > 
Ob-ti yerləşdir
 seçin. Mesaj növü
avtomatik olaraq multimedia mesajına dəyişir.
3 Qəbuledənləri əlavə etmək üçün 
Göndər
 və qəbuledəni seçin.
Telefon nömrəsini yaxud poçt ünvanını əl rejimində daxil etmək üçün 
Nömrə ya e-
poçt
 seçin. Telefon nömrəni daxil edin yaxud 
El. poçt
 seçin və poçt ünvanını daxil
edin.
4
Göndər
 seçin.
18
Mesaj xidmətləri