Nokia X2-00

Page 24
background image
Kamera rejimi
Kameranı açmaq
İş masasında çəkiliş düyməsini basıb saxlayın.
Miqyas artırılması yaxud azaldılması
Yuxarı ya aşağı diyirləyin.
Şəkil çəkmək
Şəkil düyməsini basın.
İlkin baxış rejimini və vaxtı qurmaq
Seçimlər
 > 
Parametrlər
 > 
Şəkilə baxma vaxtı
 seçin.
Avtomatik taymeri aktiv etmək üçün 
Seçimlər
 seçib istədiyiniz seçimi edin.
Video rejimi
Videokameranı açmaq
Çəkiliş düyməsini basıb saxlayın və sağa diyirləyin.
Videoklip çəkilişinə başlamaq
Şəkil düyməsini basın.
Kamera və video rejimi arasında keçid
Kamera yaxud video rejimində sola yaxud sağa diyirləyin.
Fotoşəkillər
Şəkillərə və video kliplərə Fotoşəkillər proqramılə baxın.
Seçin 
Menyu
 > 
Şəkillər
.
Aşağıdakılardan seçin:
Fotoşəkillərim  — Şəkillərə kiçik şəkillər cədvəlində baxmaq. Siz şəkilləri tarix, ad və
ya ölçü üzrə çeşidləyə bilərsiniz.
Vaxt xətti  — Şəkillərə onların çəkildiyi ardıcıllığda baxın.
Albomlarım  — Şəkilləri albomlar üzrə çeşidləyin. Siz albomları yarada, adlarını dəyişə
və silə bilərsiniz. Albomu sildiyiniz halda onun daxilində olan şəkillər yaddaşdan
silinmir.
Siz emal olunmayana qədər şəkillərə baxa, onları istifadə edə və ya onları redaktə edə
bilməzsiniz.
24
Fotoşəkillər