Nokia X2-00

Page 27
background image
Əlaqə
Sizin telefonunuz məlumat ötürmək və qəbul etmək üçün digərqurğulara qoşulmağa
imkan verən bir neçə funksiyaya malikdir.
Bluetooth simsiz texnologiyası
Bluetooth texnologiyası sizə cihazınızı radiodalğalardan istifadə edərək uyğun olan
Bluetooth cihazına 10 metrə daxilində (32 fut) qoşmaq imkanı verir.
Bu cihaz aşağıdakı profilləri dəstəkləyən Bluetooth texnologiyasına 2,1 + EDR
uyğundur: Ümumi giriş, şəbəkə girişi, nəzarət, ucadan danışan, qulaqlıq, obyektin
sıxılması, faylın ötürülməsi, yığma şəbəkəsi, SIM girişi, seriyalı port . Bluetooth
texnologiyasını dəstəkləyən digər cihazlarla qarşılıqlı əlaqəni təmin etmək üçün Nokia
tərəfindən bu cihaz üçün təsdiq edilmiş aksessuarlardan istifadə edin. Digər qurğuların
bu qurğuya uyğun olması və ya olmamasını müəyyən etmək üçün həmin qurğuların
istehsalçıları ilə əlaqə saxlayın.
Bluetooth texnologiyasından istifadə edən funksiyalar batareyadan istifadəni artırır və
batareyanın ömrünü azaldır.
Sizin simsiz cihazınız uzaqdan idarə olunan SİM rejimində olduğu zaman, Siz zəng
etmək, və ya zəngləri qəbul etmək üçün ancaq maşın üçün dəst kimi qoşulu uyğun
aksessuardan istifadə edə bilərsiniz.
Simsiz cihazınız bu rejimdə olarkən onda proqramlaşdırılmış təcili yardım xidməti
nömrələrindən başqa heç bir nömrəyə zəng etməyəcək.
Zəng etmək üçün Siz əvvəlcə kənardan idarə olunan SİM rejimindən çıxmalısınız. Əgər
cihaz kilidlənmişsə, onu açmaq üçün öncə kilid kodunu daxil edin.
Bluetooth bağlantısının açılması
1
Menyu
 > 
Parametrlər
 > 
Bağlantı
 > 
Bluetooth
 seçin.
2 Seçin 
Telefonumun adı
 və cihazınız üçün adı daxil edin.
3 Bluetooth əlaqəsini aktivləşdirmək üçün seçin 
Bluetooth
 > 
Yandır
.   göstərir ki,
Bluetooth əlaqəsi aktivdir.
4 Cihazınızı audio aksessuara qoşmaq üçün 
Aud. aksessuara qoş
 və aksessuarı
seçin.
5 Cihazınızı məsafədə olan istənilən Bluetooth cihazı ilə cütləşdirmək üçün seçin
Cütlənmiş qurğular
 > 
Yeni qurğu əl. et
.
6 Tapılmış cihaz üzərinə keçin və 
Əlavə et
 seçin.
7 Cihazınıza parolu daxil edin (16 işarəyə qədər) və digər Bluetooth cihazında
əlaqəyə icazə verin.
Gizli rejimdə telefonun istifadəsi zərərli proqramlardan mühafizə olunmaq üçün ən
etibarlı üsuldur. Etibar etmədiyiniz mənbələrdən Bluetooth əlaqəsini qəbul etməyin.
Digər alternativ – Bluetooth funksiyasını söndürün. Bu, telefonun digər funksiyalarına
təsir etməyəcək.
Parametlər
27