Nokia X2-00

Page 34
background image
Düzgün istifadə. Batareyanı yalnız müvafiq məqsəd üçün istifadə edin. Batareyanın düzgün istifadə edilməməsi yanğın,
partlayış və ya digər təhlükələrə səbəb ola bilər. Əgər cihaz və ya batareya sərt yerə düşsə və siz batareyanın zədələndiyinə
əmin olsanız, istifadə etmədən onu xidmət mərkəzinə apararaq yoxladın. Heç vaxt zədələnmiş batareya və ya batareyanı
dolduran qurğu istifadə etməyin. Onları kiçik uşaqların əli çatmadığı yerdə saxlayın.
Cihazınızı qoruyun
Sizin cihaz əla keyfiyyətli dizayn və sənətkarlıq məhsuludur və ehtiyatla qorunmalıdır. Aşağıda göstərilən təkliflər zəmanətin
əhatə etdiyi sahələrin qorunmasına yardım edəcək.
Cihazı tozlu, kirli yerlərdə istifadə etməyin və saxlamayın. Onun ayrıla bilən hissələri və elektron komponentləri zədələnə
bilər.
Cihazı yüksək və ya soyuq temperaturda saxlamayın. Yüksək temperatur elektron cihazların istehlak müddətini qısalda,
batareyaları zədələyə və müəyyən plastik hissələri əyə və ya əridə bilər. Cihaz soyuq temperaturdan normal temperatura
qayıtdıqda cihazın içində nəmlik yarana bilər bə bunun nəticəsində elektron sxemlərin plataları zədələnə bilər.
Cihazı yalnız bu təlimatda göstərilmiş qaydada açın.
Cihazı yerə salmayın, taqqıldatmayın və ya silkələməyin. Kobud rəftar daxili montaj platasını və dəqiq mexanika
elementlərini qıra bilər.
34
Məhsul və təhlükəsizlik üzrə məlumat