Nokia X2-00

Page 31
background image
Yazılışa zəng zamanı başlamaq
Seçimlər
 > 
Daha artıq
 > 
Səs yaz
 seçin. Zəngi yazdığınız zaman telefonu qulağınıza
yaxın adi vəziyyətdə saxlayın. Yazılış Səsyazmalar qovluğunda — Qalereya-da
saxlanılır.
Ən son yazılışa qulaq asmaq
Seçimlər
 > 
Son yazılanı çal
 seçin.
Son yazılışı multimedia mesajında göndərmək
Seçimlər
 > 
Son yazılanı gönd.
 seçin.
Veb ya İnternet 
Telefonun brauzeri ilə müxtəlif İnternet xidmətlərinə daxil ola bilərsiniz. İnternet
səhifələrin görünüşü ekranın ölçüsündən asılı olaraq fərqlənə bilər. Bəzi detalları
İnternet səhifələrdə görməyə bilərsiniz.
Telefonunuzdan asılı olaraq brauzinq funksiyası Veb yaxud İnternet (bundan sonra
Veb adlandırılacaq) kimi göstərilə bilər.
Mühüm:  Yalnız etibar etdiyiniz və zərərli proqramlara qarşı müvafiq təminat təklif edən
xidmətləri istifadə edin.
Bu xidmətlər, qiymətlər və təlimatların mövcudluqu barədə xidmət təminatçınızla əlaqə
saxlayın.
Siz İnternet səhifələrin nəzərdən keçiirilməsi üçün tələb edilən konfiqurasiya
parametrlərini xidmət təminatçınızdan konfiqurasiya mesajı vasitəsilə ala bilərsiniz.
Veb xidmətlə əlaqə qur
Menyu
 > 
Veb
 > 
Ev
 seçin. Yaxud iş masasında 0 basıb saxlayın.
Xidmətə qoşulduqdan sonra səhifələri gözdən keçirə bilərsiniz. Cihaz düymələrinin
funksiyaları müxtəlif xidmətlərdə fərqlənə bilər. Ekrandakı təlimatlara əməl edin. Ətraflı
məlumat üçün xidmət təminatçınızla əlaqə saxlayın.
Ovi-yə keçmək
 Ovi-yə Nokia tərəfindən təmin olunan xidmətlər daxildir. Ovi ilə siz poçt hesabını
yarada, şəkillərinizi və video kliplərinizi dostlarınız və ailənizlə paylaşa, səyahətləri
planlaşdıra və xəritədə yerlərə baxa, cihazınıza oyunları, proqramları, video klipləri və
tonları yükləyə və musiqini ala bilərsiniz. Mövcud xidmətlər region üzrə fərqlənə bilər
və bəzi dillər dəstəklənmir.
Veb ya İnternet
31