Nokia X3-02

Page 17
background image
Cihazınızdan istifadə edərək cihazınızın proqram təminatını yeniləmək
Cihazınızın göstəricilərini yaxşılaşdırmaq, proqram yeniləmələrini və yeni əla
xüsusiyyətləri əldə etmək istəyirsiniz? Cihazınızdan maksimumu almaq üçün proqram
təminatını mütəmadi olaraq yeniləyin. Siz cihazınızı həmçinin yeniləmələri avtomatik
yoxlanılması üçün qura bilərsiniz.
Xəbərdarlıq:
Əgər Siz yeniləşdirmə proqramını yükləsəniz, yükləmə prosesi bitənə qədər və cihaz
yenidən işə düşənə qədər cihazdan istifadə edə bilməyəcəksiniz və hətta təcili yardım
zənglərini də etmək mümkün olmayacaq.
Bu xidmətdən istifadə və ya məzmunun yüklənməsi məlumat trafiki qiymətlərinə təsir
edə biləcək böyük həcmdə məlumat ötürülməsinə səbəb ola bilər.
Batareyanın kifayət qədər dolu olduğuna əmin olun və ya yeniləməyə başlamazdan
əvvəl adapteri qoşun.
Menyu
 > 
Parametrlər
 seçin.
1
Telefon
 > 
Telef. yenilikləri
 seçin.
2 Hazırki proqram təminatının versiyasını göstərmək və yeniləmənin mövcudluğunu
yoxlamaq üçün 
Cari proq. det-rı
 seçin.
3 Proqram təminatını yükləmək və quraşdırmaq üçün 
Tel. proq. yüklə
 seçin. Ekranda
göstərilən təlimatlara əməl edin.
4 Əgər quraşdırma yükləmədən sonra ləğv olunubsa, 
Proq. yenil. qur
 seçin.
Cihazın idarə edilməsi
17