Nokia X3-02

Page 56
background image
Batareya təhlükəsizliyi
Batareyanı çıxarmazdan əvvəl həmişə cihazı söndürün və enerjı qurğusundan ayırın. Adapteri və ya aksessuarı ayırarkən,
şnurdan deyil, ştepseldən tutub çəkin.
Adapteriniz istifadə edilmədikdə, onu elektrik rozetkasından və cihazdan ayırın. Batareyanın normadan artıq doldurulması
onun istehlak müddətini qısaltdığından, tam doldurulmuş batareyanı adapterə qoşulu saxlamayın. İstifadə edilmədikdə tam
doldurulmuş batareya enerjisini vaxt keçdikcə itirir.
Həmişə batareyanı 15°C və 25°C (59°F və 77°F) dərəcə arasında saxlayın. Kəskin temperaturlar batareyanın fəaliyyətini və
ömrünü azaldır. Batareyası isti və ya soyuq olan cihaz qaydasında işləməyə bilər.
Təsadüfi qısa qapanma dəmir metal əşyalar birbaşa batareyanın metal zolaqlarına toxunduqda, məsələn, tək batareyanı
cibinizdə gəzdirdiyinizdə baş verə bilər. Qısa qapanma batareyaya və ya əlaqədə olan əşyaya zərər verə bilər.
Partlamağa səbəb ola biləcəyi üçün batareyaları oda atmayın. Batareyaları yerli qaydalara müvafiq olaraq məhv edin. Mümkün
olduqda batareyanı təkrar emal etdirin. Ev tullantısı kimi atmayın.
Batareyaları sökməyin, kəsməyin, açmayın, vurmayın, əyməyin və ya deşməyin. Batareya sızması olarsa, batareya mayesinin
dəriyə və ya gözlərə təmas etməsindən çəkinin. Əgər bu baş verərsə, zərər görmüş nahiyələri dərhal su ilə yuyun və ya tibbi
yardım üçün müraciət edin.
Batareyaya kənar əşyaları daxil etməyin, batareyanı təmir etməyin, suya və ya digər mayelərə salmayın. Batareyalar
zədələnərsə, partlayışa səbəb ola bilər.
Batareyanı və adapteri yalnız müvafiq məqsəd üçün istifadə edin. Yalnış istifadə və ya təsdiq edilməyən batareya və ya uyğun
olmayan adapterin istifadəsi yanğın, partlayış və ya digər təhlükələr yarada bilər və hər hansı təsdiqi və ya zəmanəti etibarsız
edə bilər. Əgər cihaz və ya batareyanın zədələndiyindən əmin olsanız, istifadə etməzdən əvvəl onu xidmət mərkəzinə apararaq
yoxladın. Heç vaxt zədələnmiş batareya və ya adapterdən istifadə etməyin. Adapderi yalnız qapalı məkanda istifadə edin.
56
Məhsul və təhlükəsizlik üzrə məlumat