Nokia X3-02

Page 57
background image
Cihazınızı qoruyun
Cihazınızla, adapter və aksesuarlarla ehtiyatla davranın. Aşağıda göstərilən təkliflər zəmanətin əhatə etdiyi sahələrin
qorunmasına yardım edəcək.
Cihazı quru saxlayın. Çöküntü, nəmlik və bütün növ maye və rütubətin tərkibində eletron sxemlərin korroziyasına səbəb
olan minerallar ola bilər. Cihazınız yaş olduqda batareyanı çıxarın və cihazın tam qurumasını təmin edin.
Cihazı soyuq temperaturda saxlamayın.
Cihazı yalnız bu istifadəçi təlimatında göstərilmiş qaydada açın.
İcazəsiz modifikasiyalar cihazı zədələyə bilər və radio cihazlarının istifadəsini tənzimləyən qaydaların pozulmasına
səbəb ola bilər.
Cihazı yerə salmayın, taqqıldatmayın və ya silkələməyin.
Cihazın səthini təmizləmək üçün yalnız yumşaq, təmiz, quru parçadan istifadə edin.
Optimal fəaliyyət üçün cihazı vaxtaşırı söndürün və batareyanı çıxarın.
Cihazınızı maqnit və ya maqnit sahələrindən uzaq saxlayın.
Vacib məlumatlarınızın təhlükəsizliyi üçün onları ən azı iki ayrı yerdə saxlayın, məsələn, cihazınızda, yaddaş kartında
və ya kompüterdə və ya vacib məlumatı yazın.
Uzunmüddətli istifadə zamanı cihaz isinə bilər. Əksər hallarda bu vəziyyət normaldır. Hər hansı cihaz düzgün işləmədikdə onu
təmir üçün yaxınlıqda yerləşən səlahiyyətli xidmət şəbəkəsinə aparın.
Təkrar emal
İstifadə edilmiş elektron məhsulları, batareyaları və qablaşdırma materiallarını həmişə təyin edilən toplama nöqtəsinə qaytarın.
Bu yolla siz tullantıların nəzarətsiz atılmasının qarşısını almağa və materialların təkrar emal etməsinə kömək edirsiniz.
Məhsulun ətraf mühitə təsiri və öz Nokia məhsulunuzu necə təkrar emal etdirəcəyiniz barədə məlumatı www.nokia.com/
werecycle, və ya mobil cihazla, nokia.mobi/werecycle.
Məhsul və təhlükəsizlik üzrə məlumat
57