Nokia X3-02

Page 7
background image
3 Batareyanın kontaktlarını və yerini bir-birinə uyğunlaşdırıb batareyanı daxil edin.
Arxa örtüyü dəyişmək üçün üst kilid tutacaqlarını onların oyuqlarına yönəldib örtük
yerini tutana qədər üzərinə basın.
Yaddaş kartını daxil etmək və çıxartmaq
Yalnız Nokia tərəfindən təsdiqlənmiş bu cihaz üçün uyğun olan yaddaş kartlarından
istifadə edin. Uyğun olmayan yaddaş kartının istifadəsi yaddaş kartını, habelə cihazı
zədələyə bilər, həmçinin kartda saxlanılan məlumat pozula bilər.
Sizin cihazınız 32 GB qədər həcmində yaddaş kartlarını dəstəkləyir.
Yaddaş kartını daxil edin
1 Arxa qapağı açın.
2 Kartın kontakt sahəsi üzüaşağı olmalıdır. Kartı çıqqıltı eşidilənə qədər daxilə salın.
3 Arxa qapağı yerinə taxın.
Yaddaş kartının çıxardılması
Mühüm: Proqram yaddaş kartından istifadə edərkən onu çıxarmayın. Bunun
edilməsi yaddaş kartını və cihazı zədələyə bilər, həmçinin kartda saxlanılan məlumat
pozula bilər.
Cihazı söndürmədən yaddaş kartını çıxara və ya yerinə taxa bilərsiniz.
1 Arxa qapağı açın.
2 Kartı çıqqıltı eşidilənə qədər daxilə salıb çıxardın.
3 Arxa qapağı yerinə taxın.
İşə başlayın
7