Nokia X3-02

Page 8
background image
Batareyanın doldurulması
Batareyanız zavodda qismən doldurulmuşdur, lakin cihazınızı ilk dəfə yandırmazdan
əvvəl onu yenidən dordurmağınız lazım gələ bilər.
Cihaz enerjinin az olduğunu göstərirsə, aşağıdakıları edin:
1 Batareya yükləyəni divar elektrik oyuğuna qoşun.
2 Adapteri cihaza qoşun.
3 Cihaz tam doldurulmanı göstərdikdə, adapteri əvvəlcə cihazdan sonra isə divar
rozetkasından ayırın.
Siz batareyanın müəyyən vaxt müddəti üçün doldurmaq məcburiyyətində deyilsiniz və
cihaz doldurularkən ondan istifadə edə bilərsiniz. Doldurulan zaman cihaz qıza bilər.
Batareya tam boşaldıqda ekranda batareyanın doldurulması indikatorunun peyda
olması və ya zəng edilməsi üçün bir neçə dəqiqə tələb oluna bilər.
Batareya uzun müddət istifadə edilmədikdə, onu doldurmağa başlamaq üçün adapteri
cihaza taxmaq, sonra ayırmaq və təkrar taxmaq lazım gələ bilər.
Radioya qulaq asarkən cihazın doldurulması qəbuletmənin keyfiyyətinə təsir edə bilər.
USB ilə batareyanı doldurmaq
Batareya zəifdir, lakin adapter üstünüzdə deyil? Siz kompüter kimi uyğun cihaza
qoşmaq üçün USB kabelindən istifadə edə bilərsiniz.
Adepterin konnektorunu sınmaqdan qorumaq üçün adapter kabelini taxıb çıxararkən
ehtiyatlı olun.
8
İşə başlayın