Nokia 2220 slide

Page 13
background image
Mesajları göndərmək üçün aparatınızda düzgün mesaj mərkəzinizin nömrəsi
saxlanılmalıdır. Adətən bu nömrə avtomatik olaraq SIM kartınız vasitəsilə quraşdırılır.
Nömrəni əl rejimində quraşdırmaq üçün 
Menyu
 > 
Mesajlar
 > 
Mesaj parametrləri
 >
Mətn mesajları
 > 
Mesaj mərkəzləri
 > 
Mərkəz əlavə et
 bölmələrini seçin, və xidmət
təminatçınızdan alınan adı və nömrəni daxil edin.
Multimedia mesajları
Multimedia mesajı mətn, şəkillər, səs və ya video kliplərdən ibarət ola bilər.
Yalnız müvafiq elementləri olan cihazlar multimediya mesajlarını qəbul edə və ekranda
nümayiş edə bilər. Mesajın görünüşü qəbul edən cihazdan asılı olaraq fərqli ola bilər.
Simsiz şəbəkə MMS mesajlarının ölçüsünü məhdudlaşdıra bilər. Daxil edilmiş şəkil bu
limiti aşarsa, cihaz onu MMS-lə göndərilə biləcək ölçüyə qədər balacalaşdıra bilər.
Mühüm:  Mesajları ehtiyatla açın. Mesajlarda zərərli proqramlar və ya sizin cihaz və ya
kompüteriniz üçün zərərli olan digər proqramlar ola bilər.
Multimedia mesajlaşma xidmətinin (MMS) mövcudluqu və ona abunə olmaqla
əlaqədar olaraq xidmət təminatçınız ilə əlaqə saxlayın. Siz həmçinin konfiqurasiya
parametrlərini yükləyə bilərsiniz.
Mətn və ya multimediya mesajı yarat
1
Menyu
 > 
Mesajlar
 > 
Mesaj yarat
 > 
Mesaj
 seçin
2 Resipient əlavə etmək üçün 
Kimə:
 sahəyə fırladın və resipientlərin nömrələrini və
ya e-poçtlarını daxil edinvə ya resipientləri seçmək üçün 
Əlavə et
 seçin.
Resipientlər və mövzular əlavə etmək və göndərmə seçimlərini təyin etmək üçün
Seçim
 seçin.
3
Mətn:
 sahəsinə fırladın və mesaj mətnini daxil edin.
4 Mesaja məzmun əlavə etmək üçün displeyin aşağısındakı qoşma zolağa fırladın
və arzuladığınız məzmun növünü seçin.
5 Mesaj göndərmək üçün sıxın 
Göndər
.
Bu mesaj növü displeyin başında göstərilir və mesajın məzmunundan asılı olaraq
avtomatik dəyişir.
Xidmət təminatçıları mesaj növündən asılı olaraq müxtəlif cür yüklənə bilər. Detallar
üçün xidmət təminatçınıza müraciət edin.
Fləş mesajı
Fləş mesajları mətn mesajlarıdır, hansılar ki, alınan kimi ekranda göstərilirlər.
1 Fləş mesaj yazmaq üçün 
Menyu
 > 
Mesajlar
 > 
Mesaj yarat
 > 
Flash mesajı
 seçin.
2 Resipientin telefon nömrəsini daxil edin, mesajınızı yazın (maksimum 70 simvol)
və 
Göndər
 seçin.
Mesaj xidmətləri
13