Nokia 2220 slide

Page 26
background image
Sahiblərin geniş hissəsi müəllif hüquqları da daxil olmaqla, öz intellektual mülkünü qorumaq məqsədi ilə Rəqəmli hüquqlar
idarəsinin (RHİ) müxtəlif texnologiya növlərindən istifadə edə bilər. Bu cihaz RHİ tərəfindən qorunan tərkibə daxil olmaq üçün
RHİ proqramlarının müxtəlif növlərindən istifadə edir. Bu cihazla OMA DRM 1.0 ilə qorunan tərkibə daxil ola bilərsiniz . Əgər
hansısa RHİ proqramı tərkibi qoruya bilmirsə, onda tərkibin sahibləri bu kimi RHİ proqramının yeni RHİ tərəfindən qorunan
tərkibə daxil olmasının ləğv olunmasını tələb edə bilərlər. Bu kimi RHİ proqramının ləğv edilməsi artıq sizin cihazınızda RHİ
tərəfindən qorunan tərkibin yeniləşməsinin qarşısını ala bilər. Belə RHİ proqramının ləğvi RHİ başqa növləri tərəfindən qorunan
digər tərkiblərin istifadəsinə, və ya RHİ tərəfindən qorunmayan tərkiblərə təsir etməyəcək.
Rəqəmli hüquqların idarəsi (RHİ) tərəfindən qorunan tərkib birgə fəallaşdırma düyməsi vasitəsilə görünür ki, bu da tərkibdən
istifadə etmək üçün Sizin hüquqlarınızı müəyyənləşdirir.
Aksessuarlar
Xəbərdarlıq:
Bu xüsusi model üçün yalnız Nokia tərəfindən təsdiq edilmiş batareyalar, adapterlər və aksessuarlardan istifadə edin. Digər
növün istifadəsi cihaza tətbiq edilən hər hansı təsdiq və zəmanətin də qüvvədən düşməsinə səbəb və təhlükəli ola bilər.
Əsasən, təsdiq edilməyən batareya və ya adapterin istifadəsi yanğın, partlayış, sızma və ya digər təhlükələr yarada bilər.
Təsdiq edilmiş aksessuarların mövcudluğu haqqında məlumat almaq üçün dilerinizlə əlaqə saxlayın. Hər hansı aksessuarın
güc şnurunu ayırarkən, şnurdan deyil ştepseldən tutub çəkin.
Batareya
Batareya və adapter barədə məlumat
Sizin cihaz təkrar doldurulan batareya ilə təchiz edilmişdir. Bu cihazda istifadə olunması nəzərdə tutulan batareya BL-4C.
Nokia bu cihaza uyğun əlavə batareya modelləri düzəldə bilər. Bu cihaz üçün aşağıdakı adapterlər nəzərdə tutulmuşdur:
AC-3 . Adapter modelinin dəqiq nömrəsi ştepselin növündən asılı olaraq müxtəlif ola bilər. Ştepselin variantı aşağıdakılardan
birinə görə təyin edilir: E, EB, X, AR, U, A, C, K və ya UB.
Batareya yüzlərlə dəfə doldurula və boşaldıla bilər lakin vaxt keçdikcə batareya köhnəlir. Danışmaq və gözləmə rejimlərinin
vaxtı normal vaxtdan qısadırsa batareyanı dəyişin. Yalnız Nokia tərəfindən təsdiq edilmiş batareyalardan istifadə edin və
batareyanızın doldurulması üçün yalnız Nokia tərəfindən təsdiq edilmiş bu telefon üçün nəzərdə tutulmuş batareya dolduran
qurğuları istifadə edin.
Batareya ilk dəfə istifadə edilərkən və ya batareya uzun müddət istifadə edilmədikdə enerji qurğusunu cihaza birləşdirmək,
sonra ayırmaq və batareyanın doldurulmasının başlanması üçün təkrar birləşdirmək tələb oluna bilər. Batareya tam boşaldıqda
ekranda batareyanın doldurulması indikatorunun peyda olması və ya zəng edilməsi üçün bir neçə dəqiqə tələb oluna bilər.
Təhlükəsiz çıxarılma. Batareyanı çıxarmazdan əvvəl həmişə cihazı söndürün və enerjı qurğusundan ayırın.
Düzgün doldurulma. Adapter istifadə edilmədikdə, onu elektrik rozetkadan və telefondan ayırın. Tam doldurulmuş batareyanı
dolduran qurğuya birləşmiş saxlamayın, çünki normadan artıq batareyanın doldurulması onun istehlak müddətini qısalda bilər.
İstifadə edilmədikdə tam doldurulmuş batareya enerjisini vaxt keçdikcə itirir.
Kəskin temperaturdan çəkinin. Həmişə batareyanı 15°C və 25°C (59°F və 77°F) dərəcə arasında saxlamağa çalışın. Kəskin
temperaturlar batareyanın fəaliyyətini və ömrünü azaldır. Batareyası isti və ya soyuq olan cihaz qaydasında işləməyə bilər.
Batareyanın iş keyfiyyəti donma nöqtəsindən aşağıda olan dərəcələrdə xüsusilə məhdud olur.
Qısa qapanmaya səbəb olmayın. Təsadüfi qısa qapanma dəmir pul, sıxac, və ya qələm kimi metal əşyalar birbaşa batareyanın
müsbət (+) və mənfi (-) terminalları ilə əlaqədə olduqda baş verə bilər. (Bu batareyanın üzərində metal zolaqlar kimi görsənir.)
Bu, misal üçün, ehtiyat batareyasını cibinizdə və ya pul kisəsində gəzdirdikdə baş verə bilər. Terminalların qısa qapanması
batareyaya və ya əlaqədə olan əşyaya zərər verə bilər.
Tullama. Partlamağa səbəb ola biləcəyi üçün batareyaları oda atmayın. Batareyaları yerli qaydalara müvafiq olaraq məhv
edin. Mümkün olduqda batareyanı təkrar emal etdirin. Ev tullantısı kimi atmayın.
Sızma. Batareyaları sökməyin, kəsməyin, açmayın, vurmayın, əyməyin və ya deşməyin. Batareya sızması baş verərsə,
batareya mayesinin dəriyə və ya gözlərə təmas etməsindən çəkinin. Əgər bu baş verərsə, zərər görmüş nahiyələri dərhal su
ilə yuyun və ya tibbi yardım üçün müraciət edin.
26
Məhsul və təhlükəsizlik üzrə məlumat