Nokia 2220 slide

Page 28
background image
Cihazı yüksək və ya soyuq temperaturda saxlamayın. Yüksək temperatur elektron cihazların istehlak müddətini qısalda,
batareyaları zədələyə və müəyyən plastik hissələri əyə və ya əridə bilər. Cihaz soyuq temperaturdan normal temperatura
qayıtdıqda cihazın içində nəmlik yarana bilər bə bunun nəticəsində elektron sxemlərin plataları zədələnə bilər.
Cihazı yalnız bu təlimatda göstərilmiş qaydada açın.
Cihazı yerə salmayın, taqqıldatmayın və ya silkələməyin. Kobud rəftar daxili montaj platasını və dəqiq mexanika
elementlərini qıra bilər.
Cihazın təmizlənməsi üçün sərt kimyəvi preparatlardan, təmizləyici həlledicilərdən və ya güclü tozlardan istifadə
etməyin. Cihazın səthini təmizləmək üçün yalnız yumşaq, təmiz, quru parçadan istifadə edin.
Cihazı rəngləməyin. Rəng hərəkət edən hissələri tıxaya və müvafiq əməliyyatlara mane ola bilər.
Yalnız təchiz və ya təsdiq edilmiş əvəzedici antenalardan istifadə edin. Qadağan edilmiş antenaların, modifikasiyaların
və ya aksessuarların istifadəsi sizin cihazı zədələyə bilər və radio cihazlarının istifadəsini tənzimləyən qaydaların
pozulmasına səbəb ola bilər.
Batareyanı bağlı otaqda doldurun.
Saxlamaq istədiyiniz kontaktlar və təqvim qeydləri kimi məlumatın ehtiyat nüsxəsini çıxarın.
Optimal iş rejimi üçün cihaz vaxtaşırı söndürülməlidir, bunun üçün cihazı söndürün və batareyanı çıxarın.
Yuxarıda göstərilən bütün təkliflər eyni dərəcədə sizin cihazınıza, batareyaya, adapterə və ya hər hansı aksessuara şamil
edilir.
Təkrar emal
İstifadə edilmiş elektron məhsulları, batareyaları və qablaşdırma materiallarını həmişə təyin edilən toplama nöqtəsinə qaytarın.
Bu yolla siz tullantıların nəzarətsiz atılmasının qarşısını almağa və materialların təkrar emal etməsinə kömək edirsiniz.
Məhsulun ətraf mühitə təsiri haqqında və öz Nokia məhsulunuzu necə təkrar emal etdirəcəyiniz barədə məlumatı
www.nokia.com/werecycle, və ya nokia.mobi/werecycle saytından əldə edə bilərsiniz.
Məhsulunuzun, batareyanın üzərindəki X işarəli çarxlı qutu işarəsi, mətn və ya qablaşdırma sizə xatırladır ki, bütün elektrik
və elektronik məhsullar, batareyalar və akumulyatorlar istifadə müddətləri bitdikdə ayrı yerlərə atılmalıdır. Bu tələb Avropa
İttifaqında tətbiq olunur. Bu məhsulları çeşidləndirilməmiş bələdiyyə tullantılarının arasına yerləşdirməyin. Ətraf mühitlə bağlı
daha ətraflı məlumat üçün məhsulun Eko-Deklarasiyalarına www.nokia.com/environment ünvanından baxın.
Təhlükəsizliklə bağlı əlavə məlumat
Bu cihazın səthində nikel istifadə edilməyib.
Kiçik uşaqlar
Sizin cihazınız və onun aksesuarları oyuncaq deyil. Onlar kiçik hissələrdən ibarət ola bilər. Onları kiçik uşaqların əli çatmadığı
yerdə saxlayın.
İş mühiti
Bu cihaz RT-yə məruz qalma ilə bağlı təlimatlara qulaqda normal istifadə vəziyyəti zamanı və ya ən azı 2,2 santimetr (7/8
düym) bədəndən uzaq olduqda cavab verir. Üstünüzdə gəzdirmək üçün daşıma qabı, kəmər qısqacı və ya tutqacda metal
tərkibli olmamalı və bədəninizdən yuxarıda göstərilən məsafədə uzaq olmalıdır.
Məlumat faylları və ya mesajların ötürülməsi keyfiyyətli şəbəkə bağlantısı tələb edir. Məlumat faylları və mesajları belə bağlantı
yaranana qədər ləngiyə bilər. Ötürülmə tamamlanana qədər ayrılma məsafəsinə dair təlimatlara riayət edin.
Cihazın hissələri maqnitdir. Metal əşyalar qurğuya təsir edə bilər. Kredit kartlarını və digər maqnit daşıyan vasitələri cihazın
yanında qoymayın, çünki onlarda olan məlumat silinə bilər.
Tibbi cihazlar
Simsiz telefonlar da daxil olmaqla radio ötürücü avadanlığın işlədilməsi qeyri-müvafiq mühafizə edilən tibb cihazlarının
funksionalığına təsir edə bilər. Tibb cihazlarının xarici RF enerjisindən müvafiq şəkildə mühafizə edildiyini müəyyənləşdirmək
28
Məhsul və təhlükəsizlik üzrə məlumat