Nokia 2220 slide

Page 5
background image
Dəstək
Məhsulunuzdan necə istifadə etməyiniz barədə daha ətraflı öyrənmək və cihazınızın
necə çalışdığını təmin etmək üçün, istifadəçi təlimatına yaxud www.nokia.com/
support yaxud yerli Nokia veb-saytında, www.nokia.mobi/support (mobil cihazı ilə)
dəstək səhifələrinə baxın.
Əgər bu sizin məsələnizi həll etmirsə, aşağıdakını edin:
Cihazı söndürüb işə salın: cihazı söndürün və batareyanı çıxardın. Təxminən bir
dəqiqədən sonra batareyanı yenidən daxil edib cihazı yandırın.
İstifadəçi təlimatında göstərildiyi kimi orijinal istehsalçı parametrlərini bərpa edin.
Əgər bu məsələ yenə də həll olunmursa, Nokia ilə təmir üçün əlaqə saxlayın. Baxın
www.nokia.com/repair. Cihazınızı təmirə göndərməkdən əvvəl həmişə cihazınızdakı
məlumatın rezerv nüsxəsini çıxardın.
Cihazın işə salınması
SIM kart və batareyanın daxiledilməsi
Təhlükəsiz çıxarılma. Batareyanı çıxarmazdan əvvəl həmişə cihazı söndürün və enerjı
qurğusundan ayırın.
SIM kart və onun kontaktları asanlıqla çızıqlar və ya əyilmə nəticəsində zədələnə bilər,
bu baxımdan, kartı daxil, toxunan və ya çıxaran zaman ehtiyyatlı olun.
1 Cihazın yuxarı sonluğundan qaldıraraq arxa qapağı çıxardın (1).
2 Batareyanı çıxardın (2).
3 SIM kart saxlayıcısını açın və SIM kartı daxil edin (3). Kartın kontakt səthinin aşağı
olduğunu və kartın kəsilmiş küncünün cihazın yuxarı hissəsinə doğru olduğunu
yoxlayın. Saxlayıcını bağlayın (4).
4 Batareyanı daxil edin (5) və arxa qapağı yerinə yerləşdirin (6).
Batareyanın doldurulması
Batareya istehsalçı tərəfindən artıq qismən doldurulmuşdur. Cihaz aşağı yükləəmə
dərəcəsini göstərirsə, aşağıdakını edin:
Dəstək
5