Nokia 2220 slide

Page 9
background image
xərclər tələb oluna bilər. Əlavə məlumat üçün Nokia Care və ya telefonu aldığınız satış
məntəqəsinə müraciət edin.
SİM kartla birgə təmin olunan PİN kod kartınızın icazəsiz istifadə olunmasının qarşısını
alır. Bəzi SİM kartlarla birgə təmin olunan PİN2 kodu müəyyən xidmətlərə daxil olmaq
üçün tələb oluna bilər. Əgər PİN və ya PİN2 kodunu ardıcıl olaraq üç dəfə düzgün daxil
etməsəniz, bu halda sizdən PUK və ya PUK2 kodunu daxil etmək tələb olunacaq. Əgər
bu kodlar sizdə yoxdursa, bu halda xidmət təminatçınızla əlaqə saxlayın.
SİM kartınızın təhlükəsizlik modulunda yerləşən məlumata giriş əldə etmək üçün modul
PİN tələb olunur. Rəqəmli imza üçün imzalanan PİN tələb oluna bilər. Məhdudlaşdırma
parolu zəng məhdudiyyəti xidmətindən istifadə olunan zaman tələb olunur.
Telefonunuzun giriş kodlarını və təhlükəsizlik parametrlərini necə istifadə etməsini
qurmaq üçün seçin 
Menyu
 > 
Parametrlər
 > 
Təhlükə/-sizlik
.
Telefonu yandırmaq və söndürmək
İşəsalma düyməsini basıb saxlayın.
Gözləmə rejimi
Telefon istifadə üçün hazır olduqda və siz heç bir işarə daxil etmədiyiniz halda telefon
gözləmə rejiminə keçir.
1
Şəbəkə siqnalının gücü
2
Batareyanın doldurulma səviyyəsi
3
Şəbəkənin adı və ya operator loqosu
4
Seçim düymələrin funksiyaları
Sol seçim düyməsi 
Get
 sizə şəxsi qısa yolları siyahınızda olan funksiyalara daxil olmaq
imkanını verir. Siyahıya baxan zaman mövcud funksiyalarına nəzərdən keçirmək üçün
Seçim
 > 
Seçmə seçimləri
 seçin və ya 
Seçim
 > 
Təşkil et
 seçərək funksiyaları öz qısa
yollar siyahınızda təşkil edin.
Klaviatura kilidi 
Klaviaturanı kilidləmək
Slaydı bağlayın və klavituranı kilidləmək üçün 5 saniyə ərzində 
Kilidlə
 seçin.
Klaviaturanı açmaq
Seçin
Kilidi aç
 > 
OK
 yaxud slaydı açın. Təhlükəsizlik klaviatura kilidi aktivdirsə, tələb
olunduğu zaman təhlükəsizlik kodunu daxil edin.
Cihazın işə salınması
9