Nokia 2220 slide

Page 27
background image
Zədələnmə. Batareyaya kənar əşyaları daxil etməyin, batareyanı təmir etməyin, suya və ya digər mayelərə salmayın.
Batareyalar zədələnərsə, partlayışa səbəb ola bilər.
Düzgün istifadə. Batareyanı yalnız müvafiq məqsəd üçün istifadə edin. Batareyanın düzgün istifadə edilməməsi yanğın,
partlayış və ya digər təhlükələrə səbəb ola bilər. Əgər cihaz və ya batareya sərt yerə düşsə və siz batareyanın zədələndiyinə
əmin olsanız, istifadə etmədən onu xidmət mərkəzinə apararaq yoxladın. Heç vaxt zədələnmiş batareya və ya batareyanı
dolduran qurğu istifadə etməyin. Onları kiçik uşaqların əli çatmadığı yerdə saxlayın.
Cihazınızı qoruyun
Sizin cihaz əla keyfiyyətli dizayn və sənətkarlıq məhsuludur və ehtiyatla qorunmalıdır. Aşağıda göstərilən təkliflər zəmanətin
əhatə etdiyi sahələrin qorunmasına yardım edəcək.
Cihazı quru saxlayın. Çöküntü, nəmlik və bütün növ maye və rütubətin tərkibində eletron sxemlərin korroziyasına səbəb
ola biləcək minerallar ola bilər. Cihazınız yaş olduqda batareyanı çıxarın və onu yenidən yerinə yerləşdirənə qədər
cihazın tam qurumasını təmin edin.
Cihazı tozlu, kirli yerlərdə istifadə etməyin və saxlamayın. Onun ayrıla bilən hissələri və elektron komponentləri zədələnə
bilər.
Məhsul və təhlükəsizlik üzrə məlumat
27