Nokia 6030

Page 11
background image
11
Copyright © 2006 Nokia. All rights reserved.
 Sizin cihaz haqqında
Bu təlimatda təsvir edilmiş simsiz cihaz EGSM 900 və GSM1800 şəbəkələrində istifadə üçün təsdiq 
edilmişdir. Şəbəkə haqqında daha ətraflı məkumat əldə etmək üçün xidmət provayderinizlə əlaqə saxlayın.
Bu cihazın imkanlarından istifadə edərkən qanunvericiliyə riayət edin və digər şəxslərin səxsi həyat və 
qanuni hüquqlarına hörmət edin.
Təsvir edilmiş şəkillər qəbul və istifadə edərkən bütün qanunlara və yerli gömrük qaydalarına riayət edin, 
həmçinin digər şəxslərin şəxsi həyat və qanuni hüquqlarına hörmət edin.
Xəbərdarlıq: Zəngli saat istisna olmaqla bu cihazın bütün imkanlarının istifadəsi üçün telefon işə 
salınmalıdır. Simsiz cihaz maneə və ya təhlükə törədə biləcəyi yerlərdə telefonu işə salmayın.
 Şəbəkə xidmətləri
Telefonun istifadəsi üçün Sizin simsiz xidmət provayderinə ehtiyacınız var. Bu cihazın imkanlarının 
əksəriyyəti simsiz şəbəkənin imkanlarından asılıdır. Bu şəbəkə xidmətləri bütün şəbəkələrdə olmaya bilər 
və ya şəbəkə xidmətlərinin istifadəsi üçün Siz xidmət provayderinizlə müvafiq razılıq əldə etməlisiniz. 
Sizin xidmət provayderinis onların istifadəsi üşün Sizə əlavə göstərişlər və tətbiq ediləcək qiymətlər 
haqqında məlumat verə bilər. Məyyən şəbəkələrdə Sizin şəbəkə xidmətindən istifadənizə təsir edə biləcək 
məhdudiyyətlər mövcud ola bilər. Misal üçün, dildən asılı olmayan simvollar və xidmətlər müəyyən şəbəkələr 
tərəfindən təmin edilməyə bilər. 
Sizin xidmət provayderiniz tələb edə bilər ki, Sizin cihazınızda quraşdırılmış müəyyən funksiyalar istifadə 
edilməsin və aktivləşdirilməsin. Bu halda bu funksiyalar Sizin menyunuzda peyda olmayacaq. Həmçinin 
Sizin cihazınız xüsusi konfiqurasiyaya malik ola bilər. Bu konfiqurasiya menyu adlarında, menyu sırasında 
və nişanlarda dəyişiklikləri əhatə edə bilər. Daha ətraflı məlumat üçün xidmət provayderinizə müraciət edin.
Bu cihaz TCP/IP protokollarına daxil olan WAP 2.0 protokollarını (HTTP and SSL) dəstəkləyir. Mətn 
mesajları, multimediya mesajları və mündəricatın və əlavə proqramın yüklənməsi kimi imkanların istifadə 
edilməsi üçün şəbəkə təminatı zəruridir.