Nokia 6030

Page 74
background image
74
Copyright © 2006 Nokia. All rights reserved.
BAXİM VƏ TEXNİKİ QULLUQ
Sizin cihaz əla dizayn və ustalıqla hazırlanmış məhsuldur və onu ehtiyatla istifadə etmək lazımdır. Aşağıdakı 
təkliflər sizə onun üst örtüyünün qorunmasında yardım edəcək.
•  Cihazı quru saxlayın. Çöküntü, rütubət və bütün növ mayelər və ya nəmliklərin tərkibində minerallar ola 
bilər. Bu minerallar elektron sxemləri körlaya bilər. Cihazınız nəm olmuşdursa batareyanı çıxarın və onu 
təkrar yerinə qoyana qədər cihazın tam qurumasını təmin edin.
•  Cihazı tozlu, çirkli yerlərdə istifadə etməyin. Onun hərəkət edən hissələri və elektron komponentləri 
zədələnə bilər.
•  Cihazı isti yerdə saxlamayın. Yüksək hərarət elektron cihazların istehlak müddətini qısalda, batareyanı 
zədələyə və müəyyən plastikları əyə və ya əridə bilər.
•  Cihazı soyuq yerdə saxlamayın. Cihaz normal hərarətə qayıtdıqda onun içərisindəki nəmlik əmələ gələ 
və elektron sxemləri zədələyə bilər.
•  Cihazı yalnız bu təlimatda göstərilən qaydada açın.
•  Cihazı yerə salmayın, taqqıldatmayın və ya silkələməyin. Kobud rəftar daxili montaj platasını və dəqiq 
mexanika elementlərini qıra bilər.
•  Cihazın təmizlənməsi üçün sərt kimyəvi preparatları, təmizləyici həllediciləri və ya güclü tozları istifadə 
etməyin.
•  Cihazı rəngləməyin. Rəng hərəkət edən hissələri tıxaya bilər və müvafiq əmələyyatlara mane ola bilər.
•  Yalnız təchiz və ya təsdiq edilmiş əvəzedici antenaları istifadə edin. Qadağan edilmiş antenaların, 
modifikasiyaların və ya aksesuarların istifadəsi sizin cihazı zədələyə bilər və radio cihazlarının istifadəsini 
tənzimləyən qaydaların pozulmasına səbəb ola bilər.
•  Batareyanı bağlı otaqda doldurun.
•  Cihazınızı xıdmət şəbəkəsinə göndərdikdə həmişə saxlamaq istədiyiniz məlumatın (əlaqələr və təqvim 
qeydləri kimi) surətini çıxarın.